Məşhur azərbaycanlı müğənni Navai Qazaxıstanda saxlanıldı
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Rusiyada və postsovet məkanında məşhur olan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Qazaxıstanda saxlanılıb. O, narkotik maddələrin qaçaqmalçılığında şübhəli bilinir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Tengri Life" nəşri məlumat yayıb.
Polisin verdiyi məlumata görə, ifaçı oktyabrın 13-də Qazaxıstana daxil olarkən "Qorday" sərhəd keçid məntəqəsində saxlanılıb. Əməliyyat polislər və sərhədçilər tərəfindən birgə həyata keçirilib. İfaçının olduğu avtomobilə baxış keçirilərkən nəqliyyat vasitəsindən narkotik vasitə aşkar edilərək götürülüb. pizza
"Narkotik vasitələrin qaçaqmalçılığına cəhd şübhəsi ilə cinayət işi qaldırılıb. Şübhəli şəxs müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib", - deyə polis idarəsindən bildirilib.
Oktyabrın 14-də müğənninin Astanada konserti keçirilməli idi. Lakin tədbir ləğv edilib. Təşkilatçılar bunu rəsmi olaraq texniki səbəblərlə izah ediblər./Oxu.az
Baxış sayı:84
Bu xəbər 14 Oktyabr 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















