Icma.az
close
up
RU
Məşhur bəstəkar Səudiyyə Ərəbistanı üçün dövlət himni bəstələyəcək

Məşhur bəstəkar Səudiyyə Ərəbistanı üçün dövlət himni bəstələyəcək

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


"Karib dənizinin quldurları" adlı məşhur filmin bəstəkarı olmuş Hans Zimmer bu dəfə Səudiyyə Ərəbistanı üçün dövlət himni yazacaq.
Reyting.az
-ın məlumatına görə, yeni dövlət himni ölkənin imicini yeniləmək üçün həyata keçirilən genişmiqyaslı proqramın tərkib hissəsidir.
Səudiyyə Ərəbistanı dövləti öz musiqiləri ilə çox seçilən, həmçinin yaratdığı bir çox bəstələr sayəsində "Kral Şir", "Dun", "Qladiator" və "Karib dənizinin quldurları" filmləri ilə məşhurlaşan amerikalı bəstəkar, "Oskar" mükafatı laureatı Hans Zimmerə bu müsəlman ölkəsinin himnini yazmaq üçün müraciət edib. Hollivudun ulduzu isə təkliflə razılaşıb. Bəstəkar bəyan edib ki, o, Səudiyyə Ərəbistanı üçün yeni himn yazacaq.
Səudiyyə Ərəbistanı Kral Məhkəməsinin müşaviri, Əyləncə Baş İdarəsinin rəhbəri Turki Əl-Şeyx "X" səhifəsində yazıb ki, onlar "Oskar" mükafatı laureatı ilə gələcək planları müzakirə ediblər.
Turki bildirib ki, bəstəkarla bir çox məsələləri, xüsusilə Səudiyyə Ərəbistanı üçün dövlət himninin müxtəlif alətlərdən istifadə olunmaqla, aranjemanını müzakirə ediblər.
Qeyd olunur ki, Hans Zimmer ilə müşavir arasında həm Səudiyyə Ərəbistanı mədəniyyətindən ilhamlanıb yeni layihənin işə salınması, həm "Ərəbistan" adlı böyük bir musiqi şousunun yaradılması, həm də genişmiqyaslı konsert təşkil etmək, üstəlik, yeni bir film üçün saundtrek yazılması müzakirə olub.
"Biz bəzi gələcək layihələri müzakirə etdik. Həmçinin Səudiyyə Ərəbistanının dövlət himnini müxtəlif alətlərlə yenidən aranjiman etmək, mənim əziz ölkəmdən ilhamlanmaqla "Ərəbistan" musiqi əsərini yaratmaq barədə danışdıq. Önümüzdəki illərdə Ər-Riyadda mövsüm üçün yeni ideyası olan çox gözəl bir musiqilər gəlir",-deyə Turki yazıb.

Fəallar isə bildirirlər ki, ölkənin imicinin yaxşılaşdırılması sərt rejimi zəiflətmək və yavaş-yavaş monarxiyadan uzaqlaşmaq cəhdidir. Bu ölkənin ərəbcədən adının "Yaşasın Kral" kimi tərcümə olunan milli himni "Aash Al-Malik" 1947-ci ildə Kral Əbdüləzizin şəxsi müraciəti və xahişi ilə Misir bəstəkarı Əbdül Rəhman Əl-Xətib tərəfindən yazılıb.
Yeri gəlmişkən, Hans Zimmer dünyanın ən məşhur bəstəkarlarından biridir. O, iki "Oskar", bir "BAFTA", dörd "Grammy" və "Tony", eləcə də "Emmy" nominasiyaları da daxil olmaqla çoxsaylı mükafatlar alıb.
Xatırladaq ki, H. Zimmer bundan daha əvvəl ABŞ-da verdiyi böyük bir konsert proqramı zamanı Ukraynanı açıq şəkildə dəstəkləmişdi. Onun çıxış etdiyi zal mavi və sarı güllərlə işıqlandırılmışdı.

Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Yanvar 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri