Məşhur biznesmeni şirlər parçaladı FOTO
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
59 yaşlı alman iş adamı Bernd Kebbel həyat yoldaşı Konni və dostları ilə Namibiyada getdiyi lüks safari düşərgəsində faciəli şəkildə həlak olub.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, gecə tualetdən istifadə etmək üçün maşınının üstünə qurulan çadırdan çıxan Kebbel ətrafda dolaşan şirlərin hücumuna məruz qalıb.
Hücum zamanı ağır yaralanan Kebbel boynundan aldığı dişləmə yarasından hadisə yerində dünyasını dəyişib.
Namibiyanın Ətraf Mühit, Meşəçilik və Turizm Nazirliyinin sözçüsü Ndeshipanda Hamunyela hadisədən dolayı təəssüf hissi keçirdiklərini bildirib.
Qeyd edək ki, B.Kebbel Namibiyada, xüsusən də səhra aslanlarının qorunmasına verdiyi maliyyə dəstəyinə görə tanınmış bir şəxs idi.
Billurə






