Icma.az
close
up
RU
Məşhur blogerlərin reklam etdiyi müəllim insanları belə aldadır

Məşhur blogerlərin reklam etdiyi müəllim insanları belə aldadır

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moderator.az-a bir qrup vətəndaş tərəfindən Azər İsmayılov adlı şəxslə bağlı şikayət daxil olub. Şikayətçilərin sözlərinə görə, həmin şəxs sosial şəbəkələrdə, xüsusilə  “Instagram”da ingilis dili müəllimi kimi fəaliyyət göstərərək insanları aldadır.

İddiaya görə, Azər İsmayılov “yalnız son bir yer qalıb”, “altı aylıq endirimli tədris paketi” kimi elanlarla insanların etimadını qazanıb. Tələbələrin bildirdiyinə görə, “iamzervacademy” kimi tanınan bu dil kursu üç ayın ödənişini əvvəlcədən alıb, lakin dərsləri keçməyib. Ödənişdən sonra nə tədris prosesi başlayıb, nə də vəsaitlər geri qaytarılıb.

Şikayətçilər qeyd edirlər ki, bu şəxs uzun müddətdir eyni fırıldaqla məşğuldur. Onun aldadaraq pullarını mənimsədiyi insanların sayı 53 nəfəri keçib. Zərərçəkənlərin sözlərinə görə, bəzi şəxslər 120–5200 manat aralığında məbləğlər ödəyib.

Qeyd olunur ki, Azər İsmayılov müxtəlif bəhanələrlə insanları aldatmağa davam edir — gah “kursun ofisi Ağ şəhərdədir”, gah “Ulduz metrosunun yaxınlığındadır”, gah da “yer dəyişmişik” kimi yalan məlumatlar verir.

Şikayətçilər bildiriblər ki, artıq prokurorluq, polis və digər aidiyyəti dövlət qurumlarına müraciət ediblər.

Maraqlıdır ki, bir çox xəbər saytları bu məsələni artıq işıqlandırsa da, hələ də çox sayda insan bu fırıldaqçının qurbanına çevrilməkdədir.

Şikayətçilərin sözlərinə görə, Azər İsmayılovun səhifəsini bir sıra məşhur bloggerlər və müğənnilər də reklam etdiyindən, bir çox vətəndaş onun etibarlı şəxs olduğuna inanıb və buna əsasən ödəniş edib.

Şikayətçilər hüquq-mühafizə orqanlarından Azər İsmayılovun fəaliyyəti ilə bağlı ciddi araşdırma aparılmasını və zərərçəkmişlərin vəsaitlərinin geri qaytarılmasını xahiş edirlər.

Qarşı tərəfin də fikirlərini təqdim etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri