Məşhur bloqerin avtomobili QAÇIRILDI
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məşhur bloqer və biznesmen Hasbulla Maqomedova məxsus "Toyota Camry" markalı avtomobil onu icarəyə götürən şəxs tərəfindən qaçırılıb.
Redaktor.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, avtomobili taparaq sahibinə qaytarmaq mümkün olub.
Mənbənin iddiasına əsasən, avtoyuma və avtoservis layihəsinin uğursuzluğundan sonra Hasbik kimi tanınan Hasbulla Maqomedov Dağıstanda işlənmiş "Toyota Camry" avtomobillərinin icarəsi ilə məşğul olub.
Ötən həftə bloqer avtomobillərindən birini İnquşetiya sakininə icarəyə verib. Həmin şəxs gəlib avtomobilin açarlarını alıb, sükan arxasına keçərək ərazidən uzaqlaşıb.
Mahaçqaladan çıxarkən icarəçi peyk naviqasiya sistemini söndürüb və əlaqəni kəsib.
Jurnalistlərin məlumatına görə, Hasbik dərhal polisə müraciət etməyib və üç gün gözləyib. Daha sonra o, sosial şəbəkədə paylaşım edərək izləyicilərindən kömək istəyib.
Onun izləyiciləri axtarışlara qoşulublar və təxminən altı saat ərzində həm avtomobili, həm də onu qaçırdığı iddia olunan şəxsi tapıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 07 İyun 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















