Məşhur brendin yeni smartfonlarından vacib aksesuar çıxarılıb
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Samsung" şirkəti yeni smartfonlarını enerji doldurma avadanlığı olmadan satışa çıxarıb.
BAKU.WS xəbər verir ki, söhbət sentyabr ayında təqdim edilən "Galaxy A07s" və "Galaxy A08" modellərindən gedir.
Bu smartfonları sınaqdan keçirən bloqerlər cihazların qutularında nə enerji adapterinin, nə də şarj kabelinin olmadığını müəyyən ediblər. Bildirilir ki, bu, "Samsung"un smartfonlarında ilk dəfə həm adapterin, həm də kabelin komplektə daxil edilməməsi halıdır.
Mütəxəssislərin fikrincə, şirkətin belə qərar verməsinin səbəbi xərclərin azaldılması ola bilər.
Qeyd edək ki, "Samsung" 2021-ci ildə ilk dəfə "Galaxy S21 5G" modelini enerji adapteri olmadan təqdim etmişdi. Lakin həmin smartfonun qutusuna şarj kabeli daxil edilmişdi. Yeni "Galaxy A07s" və "A08" modellərində isə kabel də komplektdən çıxarılıb.
Məsələ xüsusilə büdcə seqmentindəki cihazların əsas istifadəçiləri baxımından müzakirələrə səbəb olub. Bu kateqoriyadakı smartfonlar uşaqlar və yaşlı insanlar üçün tez-tez alınır və onların ayrıca şarj kabeli olmaya bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 28 Sentyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















