Icma.az
close
up
RU
Məşhur cərrah ana ölümlərindən yazdı Ginekoloqu müdafiə etdi

Məşhur cərrah ana ölümlərindən yazdı Ginekoloqu müdafiə etdi

Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.


"Son günlər doğuş zamanı baş vermiş ana ölümü ilə əlaqədar olaraq sosial şəbəkələrdə və bəzi media resurslarında konkret bir həkimin “ölüm cinayətində günahlandırılması” ilə bağlı paylaşımlar yayılır. Bu cür yanaşma həm hüquqi, həm tibbi, həm də etik baxımdan ciddi suallar doğurur”.

Medicina.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, cinayət işinin açılması hələ günahın sübut edilməsi demək deyil:

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, məhkəmə hökmü olmadan hər kəs təqsirsiz sayılır. İstintaqın başlanması hadisənin obyektiv araşdırılması məqsədi daşıyır və bu mərhələdə hər hansı şəxsin ictimai şəkildə günahkar kimi təqdim edilməsi düzgün deyil”.

R.Mahmudovun sözlərinə görə, doğuş zamanı ana ölümü tibbin ən ağır və mürəkkəb fəsadlarından biridir:

“Bu tip hallar çox zaman bir neçə tibbi amilin üst-üstə düşməsi nəticəsində baş verir və dünyanın ən inkişaf etmiş səhiyyə sistemlərində belə bəzən qarşısı alına bilməyən hadisələr sırasına daxildir. Belə vəziyyətlərdə nəticəni yalnız bir həkimin fəaliyyəti ilə əlaqələndirmək elmi və peşəkar yanaşma deyil.

Hər bir tibbi hadisə yalnız müstəqil ekspertiza, klinik protokollara uyğunluğun qiymətləndirilməsi və ətraflı araşdırmadan sonra dəyərləndirilə bilər. Sosial şəbəkə paylaşımları və emosional başlıqlar tibbi məsuliyyətin müəyyən olunması üçün əsas ola bilməz”.

Onun sözlərinə görə, bu tip xəbərlərin tələsik və ittihamedici formada yayılması cəmiyyət üçün də risklidir:

“Bu, səhiyyə işçilərinin peşə nüfuzuna zərər vurmaqla yanaşı, gələcəkdə ağır və riskli xəstələrə tibbi yardım göstərilməsində tərəddüd və qorxu yarada bilər. Nəticədə zərər təkcə bir həkimə yox, bütün cəmiyyətə dəyir.

Media və ictimai platformalar bu kimi həssas mövzularda daha məsuliyyətli davranmalı, araşdırma tamamlanmadan şəxsləri hədəf göstərməkdən çəkinməlidir. Həqiqət yalnız istintaq və tibbi ekspertiza başa çatdıqdan sonra ortaya çıxır”.

R.Mahmudov bildirib ki, bütün bunları qeyd edərkən nə cəmiyyəti, nə də sosial media istifadəçilərini qınamaq niyyətində deyil:

"Eləcə də məqsədim hansısa həkimi və ya sistemi kor-koranə müdafiə etmək deyil. Sadəcə anlamaq lazımdır ki, məsuliyyətsiz və emosional ittiham dili ölkə səhiyyəsinin inkişafına mənfi təsir göstərməklə yanaşı, sabah hamımızın ən kritik anlarında canımızı tərəddüdsüz etibar edəcəyimiz peşəkarların azalmasına, hətta belə yükü üzərinə götürməyə hazır insan tapmağın çətinləşməsinə səbəb ola bilər. Ona görə də bu mövzuda daha ehtiyatlı, daha diqqətli davranmağı vacib hesab edirəm”.

Xatırladaq ki, ötən il mayın 18-də “Yeni Klinika”nın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədova dünyasının dəyişib. Ölüm faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 07 Yanvar 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri