Məşhur çimərliklərdə zəhərli bakteriyalar aşkarlandı KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Baltik dənizinin bəzi çimərliklərində zəhərli sianobakteriyalar aşkarlanıb və həkimlər çimənləri ehtiyatlı olmağa çağırırlar.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir k, uzunmüddətli isti hava səbəbindən Baltik dənizində yosun yığınları getdikcə daha tez-tez əmələ gəlir.
Günəşli havanın çoxluğu və suyun yüksək temperaturu onların intensiv şəkildə çoxalmasına şərait yaradır.
Varnemündenin (Almaniya) qərbində Baltik dənizində yosunlardan ibarət “xalça” ilə bağlı aparılan tədqiqatlar toksin əmələ gətirən sianobakteriyaların (göy-yaşıl yosunların) mövcudluğunu təsdiqləyib.
Buna görə də yerli səhiyyə idarəsi bu sularda çimməkdən çəkinməyi tövsiyə edir. Göy-yaşıl yosunların dəri ilə təması şişkinliyə, qıcıqlanmaya və ya allergik reaksiyalara səbəb ola bilər. Ağır hallarda qusma və mədə-bağırsaq xəstəliklərinin yaranması mümkündür.
Həkimlər uşaqlarla və itlərlə bağlı xüsusi ehtiyatlı olmağa çağırırlar. İtlərin də bu suyu içməsinə icazə verilməməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 16 Avqust 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















