Məşhur distribütor şirkətinin 3,3 milyon manat vergi borcu yaranıb
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda kosmetika və qida sektorunda fəaliyyət göstərən aparıcı distribütor şirkətlərindən biri olan “Engin LTD” MMC-nin (VÖEN – 1600219131) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Engin LTD” MMC-nin 9 aprel 2026-cı il tarixinə olan vergi borcu 3 milyon 329 min 775 manat 95 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 milyon 287 min 100 manat olan “Engin LTD” MMC-nin qanuni təmsilçisi Murat Korkmazdır.
MMC-nin hüquqi ünvanı “Abşeron rayonu, Hökməli ŞTQ, Bakı-Çamaxı yolu, ev 17-ci km” ünvanında yerləşir. “Engin LTD” MMC qeydiyyata alınan zaman hüquqi ünvanı “Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., ev 115” olub. Şirkətə daha əvvəl Anar İbrahimov, Georgi Gaciaşvili və Andac Gurkan rəhbərlik ediblər.
Onu da bildirək ki, “Engin LTD” şirkətinin rəsmi veb-saytında göstərilir ki, şirkət Azərbaycanda P&G məhsullarının rəsmi distribütoru olaraq onların satışını və paylanmasını həyata keçirir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Məşhur tütün şirkətinin 844 min manat vergi borcu var
21 Avqust 2025 17:55
Azərbaycanın məşhur idxalçı şirkətinin 17 milyon vergi borcu var
19 Noyabr 2025 17:09
Məşhur gəmçilik şirkətinin 1,2 milyon manata yaxın vergi borcu var
21 İyun 2025 21:00
Məşhur tikinti şirkətinin milyonlarla borcu var
17 İyun 2025 20:47
Məşhur klinikanın 284 min manat vergi borcu yaranıb
08 İyun 2026 18:47
Baxış sayı:163
Bu xəbər 09 Aprel 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















