Icma.az
close
up
RU
Məşhur ətriyyatçılar Azərbaycan bitki yağlarının ətrinə heyran olublar

Məşhur ətriyyatçılar Azərbaycan bitki yağlarının ətrinə heyran olublar

Icma.az bildirir, Azertag portalına istinadən.

Paris, 6 iyun, AZƏRTAC

Azərbaycanın ətir sənayesi sahəsində ixtisaslaşmış “Lecheq Farm & Distillery” şirkətinin də iştirak etdiyi Fransa Ətriyyatçılar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən ətir sənayesi üçün xammal və xidmətlərə həsr olunan peşəkar XVIII “SİMPPAR” Beynəlxalq Ətriyyat Sərgisi başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Lecheq Farm & Distillery” şirkəti sərgidə təbii məhsullardan hazırlanmış müxtəlif çeşidli bitki yağları, kosmetika və aromaterapiya üzrə məhsullarını nümayiş etdirib. Azərbaycanın əsrarəngiz diyarında Zaqatala və Şəkidə becərilmiş qızılgül, lavanda və digər çöl çiçəklərindən hazırlanmış aroma yağları ətir istehsalçılarının diqqətini cəlb edib.

Dominik Ropyon (Fransa), Tyerri Vasser (İsveçrə) və Fransa Ətriyyatçılar təşkilatının prezidenti Erik Melok kimi bütün dünyada tanınan məşhur ətriyyatçılar Azərbaycan stendini ziyarət edərək, Zaqatalada becərilmiş qızılgül, lavanda, yovşan və digər çöl çiçəklərindən hazırlanmış aroma yağları yüksək qiymətləndiriblər. Zaqatalada istehsal olunan qızılgül yağının qeyri-adi ətir nüansına malik olduğu, digər ölkələrdən gələn qızılgül yağlarının ətrindən tamamilə fərqləndiyi xüsusi qeyd olunub. Onlar ən məşhur ətirlərində Azərbaycan məhsullarından istifadə etdiklərini vurğulayıblar. Azərbaycandan gələn bitki yağlarının belə təkrarolunmaz ətrə malik olmasını ölkənin iqlimi və torpağı ilə əlaqələndirilib.

Azərbaycanda 1972-ci ildə istehsal olunmuş qızılgül yağı bütün sərgi iştirakçılarının diqqətini cəlb edib. Ölkəmizdə istehsal olunan bitki yağlarının unikal olduğu vurğulanıb.

Həmçinin, ölkəmizdə istehsal olunan lavanda yağının xüsusi ətir nüansına malik olduğu, digər ölkələrdən gələn lavanda yağlarının ətrindən tamamilə fərqləndiyi bildirilib.

Qeyd edək ki, SİMPPAR beynəlxalq sərgi salonu tanınmış ətir istehsalçıları ilə ətriyyat sənayesi üçün xammal və xidmətlər təklif edən şirkətlərin ən məşhur görüş yeridir.

Növbəti SİMPPAR beynəlxalq sərgi salonu gələn il ətriyyat üzrə beynəlxalq muzeyin yerləşdiyi Qrass komunasında keçiriləcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyun 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri