Məşhur firmanın reklamı qadağan edildi Nazirlik 2,2 milyon cərimələdi
Icma.az bildirir, Milli.az portalına istinadən.
"Procter & Gamble" şirkətinin "Ariel" markasına aid reklam istehlakçıların şikayətləri əsasında Türkiyənin Ticaret Nazirliyi tərəfindən qadağan edilib.
Milli.Az xəbər verir ki, buna səbəb reklamın reallığı əks etdirməməsidir.
Belə ki, reklamda "Ariel Hızlı Çözünme Dağ Esintisi" adlı toz yuyucu vasitənin rəqiblərindən daha az miqdarda istifadə olunduqda belə daha yaxşı təmizlik verdiyi iddia olunurdu. Lakin Reklam Şurasının apardığı yoxlamalar göstərib ki, bu iddianın sübut kimi göstərilən IPSOS hesabatı etibarlı deyil və müqayisəli testlər düzgün şərtlər altında aparılmayıb.
Araşdırma zamanı məlum olub ki, reklamdakı kimi ləkələrin tək yuyulmada çıxması üçün parçalar əslində səkkiz dəfə yuyulub. Beləliklə, reklamın müvafiq qaydalara zidd olduğu müəyyən edilib və "Procter & Gamble" şirkətinə 2,2 milyon lirə cərimə tətbiq edilib, reklamın yayımlanması isə qadağan edilib.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 10 Mart 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















