Məşhur futbolçu ad günündə faciəvi şəkildə ÖLDÜ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynalı sabiq futbolçu Vyaçeslav Şarpar 39 yaşında vəfat edib.
Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, futbolçu iyunun 2-də – doğum günündə Yunanıstanın Lutraki şəhərində dənizdə boğulub. Onun meyiti yalnız iyunun 11-də tapılıb.
Şarparın anası sosial şəbəkə hesabında paylaşım edərək oğlunun ölüm xəbərini təsdiqləyib.
“Bu gün ağrı dözülməz görünsə də, onunla birlikdə keçirdiyimiz hər gün üçün Allaha minnətdarıq. Hazırda Vyaçeslavın cənazəsi Yunanıstandadır. Onu son mənzilə xristian ənənələrinə uyğun yola salmaq üçün Ukraynaya gətirmək istiqamətində çətin proses bizi gözləyir”, – deyə o bildirib.
Mərhum futbolçudan dörd övladı yadigar qalıb.
Vyaçeslav Şarpar peşəkar karyerası ərzində mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edib. O, Ukraynanın Volın, Vorskla, Arsenal Kiyev, Metallist Xarkov və Metallurq klublarında çıxış edib. O, həmçinin Moldovanın Şerif Tiraspol və Latviyanın Riqa FK komandalarının formasını geyinib. Riqa klubunun heyətində ölkə çempionu olub. Şarpar Ukraynanın gənclər millisində də çıxış edib və 2007-ci ildə iki oyun keçirib.
NURİYYƏ
Baxış sayı:147
Bu xəbər 16 İyun 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















