Məşhur futbolçu evdən çıxarıldı, 12 milyonluq malikanə aldı
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın "Bavariya" klubunun fransalı futbolçusu Maykl Olize yaşadığı ev problemini maraqlı addımla həll edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ev sahibi ilə yaşadığı anlaşılmazlıq səbəbindən kirayədə qaldığı evi tərk etmək məcburiyyətində qalan 22 yaşlı futbolçu Münhenin ən nüfuzlu ərazilərindən birində 12 milyon avro dəyərində malikanə alıb.
Yeni malikanədə qapalı hovuz, SPA zonası, ən müasir idman zalı, geniş qaraj və yüksək səviyyəli təhlükəsizlik sistemi mövcuddur.
Məlumata əsasən, Olize "Bavariya"dan ildə 15 milyon avro xalis maaş alır. Sponsorluq müqavilələri də nəzərə alındıqda isə onun illik gəlirinin təxminən 25 milyon avroya çatdığı qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 27 İyul 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















