Məşhur futbolçunu şantaj edən qadına 4 il həbs cəzası verildi
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Seul Mərkəzi Rayon Məhkəməsi Yan soyadlı bir qadını futbolçu Son Hun Mindən böyük məbləğdə pul tələb etdiyi üçün dörd il müddətinə azadlıqdan məhrum edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "AP News” məlumat yayıb.
2024-cü ildə Yanq soyadlı qadın futbolçuya ultrasəs görüntüsü göndərərək iddia edib ki, uşaq ona məxsusdur və susması müqabilində 300 milyon von (təxminən 204 min ABŞ dolları) tələb edib. Daha sonra o, Yun soyadlı bir kişi ilə əlbir olaraq futvolçudan daha çox pul qoparmağa cəhd göstərib. Məhkəmə müəyyən edib ki, Yanqın hamiləliyinin futbolçu ilə heç bir əlaqəsi yoxdur, baxmayaraq ki, qadın uşağın atasının kim olduğunu təsdiqləməyib.
Cinayətdə iştirak edən Yun günahını dərhal etiraf edib və iki il həbs cəzası alıb. Yan isə günahını qəbul etməyərək şantaj və ona cəhd ittihamlarını rədd edib. Şantaj şübhələri keçən ilin iyununda, Son Hın Min İngiltərənin "Tottenhem Hotspur” klubunda çıxış edərkən ortaya çıxmışdı.
Qeyd edək ki, kareyarı ərzində Almaniyanın "Hamburq", "Bayer", İngiltərənin "Tottenhem" klublarında çıxış edən Son 2025-ci ilin avqustunda MLS liqasının "Los-Anceles” klubuna keçib. O, Cənubi Koreya millisində keçirdiyi 140 oyunda 54 qol vurub.
Aydın
Baxış sayı:41
Bu xəbər 08 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















