Icma.az
close
up
RU
Məşhur haker forumunu BAĞLANDI

Məşhur haker forumunu BAĞLANDI

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

ABŞ-ın hüquq-mühafizə orqanları açıq şəkildə şantaj proqram təminatının (ransomware) təbliğ olunduğu azsaylı platformalardan biri hesab edilən RAMP haker forumunun fəaliyyətini dayandırıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Haker.ru məlumat yayıb.

Bildirilib ki, resurs zərərli proqramların alqı-satqısı, haker xidmətlərinin göstərilməsi və şantaj sxemlərində iştirak üçün tərəfdaşların tapılması məqsədilə istifadə olunurdu.

2026-cı ilin yanvar ayının sonunda forumun həm əsas saytı, həm də "Tor" şəbəkəsindəki versiyası əlçatmaz olub və səhifədə müsadirə barədə bildiriş görünməyə başlayıb. Məlumatda qeyd olunur ki, əməliyyat Federal Təhqiqat Bürosunun (FTB) ABŞ-ın Florida ştatının Cənub dairəsi üzrə prokurorluğu və Ədliyyə Nazirliyinin kompüter cinayətləri bölməsi ilə birgə iştirakı ilə həyata keçirilib.

Rəsmi qurumlar hələlik məsələ ilə bağlı açıqlama verməsələr də, domenin DNS qeydləri FTB tərəfindən internet resurslarının müsadirəsi zamanı istifadə olunan ns1.fbi.seized.gov və ns2.fbi.seized.gov serverlərinə yönləndirilib. İstintaqçıların forumun istifadəçi bazalarına və daxili məlumatlarına çıxış əldə edib-etmədiyi hələ məlum deyil.

Platformanın müsadirə edildiyini XSS forumunda "Stallman" ləqəbli RAMP-ın keçmiş administratoru da təsdiqləyib. O bildirib ki, hakimiyyət orqanları resursa nəzarəti ələ alıb və bu, forumun yaradılması üzərində apardığı çoxillik işə son qoyub. Onun sözlərinə görə, bağlanma riski əvvəldən gözlənilən idi.

RAMP forumu 2021-ci ilin iyulunda fəaliyyətə başlayıb. Bu, bir sıra iri rusdilli haker forumlarının "DarkSide" qruplaşmasının "Colonial Pipeline" şirkətinə hücumundan sonra Qərb hüquq-mühafizə orqanlarının təzyiqi fonunda şantaj proqramlarının reklamını qadağan etməsindən sonra baş verib.(publika.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Yanvar 2026 02:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri