Məşhur ispan yarımmüdafiəçi yaşıl meydanlarla vidalaşdı FOTO
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
İspaniya yığmasının heyətində iki dəfə Avropa çempionluğu sevinci yaşamış 41 yaşlı məşhur yarımmüdafiəçi Santi Kazorla peşəkar futbol karyerasına nöqtə qoyub.
"Yeni Sabah" xəbər verir ki, futbolçu bunu sosial şəbəkə hesabında açıqlayıb.
Təcrübəli oyunçu zəngin karyerası ərzində İspaniyada "Vilyarreal" və "Malaqa", İngiltərədə "Arsenal", həmçinin Qətərdə "Əs-Sədd" kimi tanınmış klubların şərəfini qoruyub. O, Londonun "Arsenal" klubunun heyətində üç dəfə İngiltərə Kubokunu və Superkubokunu başı üzərinə qaldırmağı bacarıb. pizza hut
S.Kazorla İspaniya milli komandasının qızıl dövründə yer alaraq, 2008 və 2012-ci illərdə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, ulduz yarımmüdafiəçi 2023-cü ildən etibarən futbola başladığı doğma "Ovyedo" (İspaniya) klubunun formasını geyinirdi. Ümumilikdə klub səviyyəsində 774 rəsmi matça çıxan Kazorla 144 qol və 156 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya yığmasının heyətində isə o, meydana çıxdığı 81 qarşılaşmada 15 dəfə fərqlənib və 11 qolun ötürməsini verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 02 İyul 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















