Məşhur kurort şəhərində dəhşət: Qadın cəsədləri tapıldı
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Turistlər üçün məşhur olan Meksika kurort şəhəri Puerto Vallartada üç qadının cəsədi tapılıb.
Milli.Az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ilk cəsəd 10 mayda Ranço El Piruli ərazisində tapılıb. Beş gün sonra Mismaloya yaxınlığındakı magistral yolun kənarında başqa bir cəsəd, 22 may səhəri isə Parque Las Palmas ərazisindəki torpaq yolda digər bir cəsədin qalıqları tapılıb.
Qurbanların şəxsiyyəti hələ müəyyən edilməyib. Məlum olan tək şey onların 22-35 yaşları arasında olan və hamısının döyməli qadınlar olmasıdır.
Sosial mediada yayılan məlumatlarda iddia olunur ki, qurbanlardan biri Mexiko ştatında yaşayan 22 yaşlı amerikalı Elizabet Martinezdir. Onun bu ilin aprel ayında itkin düşdüyü bildirilirdi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda müşahidə kameralarının görüntülərini araşdırır və mövcud məlumatları təhlil edirlər.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 30 May 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















