Icma.az
close
up
RU
Məşhur mağazalar alıcıları aldadıb RƏSMİ

Məşhur mağazalar alıcıları aldadıb RƏSMİ

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Haqsız rəqabətə yol verməklə rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə elektronika və məişət texnikası mallarının satışını həyata keçirən iki təsərrüfat subyekti barəsində iş qaldırılıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi daxil olmuş məlumatlar əsasında elektronika və məişət texnikası mallarının satışı sahəsində əsas bazar iştirakçılarından olan “Baku Electronics” MMC və “ABC Telecom” MMC barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb.

Bu barədə "Cebheinfo.az"a Agentlikdən bildirilib. 

Araşdırma nəticəsində “Baku Electronics” MMC tərəfindən “YOSHİRO”  əmtəə nişanlı televizorların, “ABC Telecom” MMC tərəfindən isə “HOFFMANN” əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının mənşəyi, hazırlanma üsulu və texnologiyası barədə müştəriləri çaşdıran məlumatlardan və həmin məhsulların mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (nişandan) istifadə nəticəsində müştəriləri çaşdırmaqla haqsız rəqabətə yol verməsi əlamətləri müəyyən edilib. 

Həmçinin “YOSHİRO”  əmtəə nişanlı televizorların reklamında həmin əmtəə barədə həqiqətə uyğun olmayan məlumatlar verilməklə haqsız rəqabətə yol verilməsi əlamətləri də aşkar olunub.

Qeyd edilən hallarla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən hər iki təsərrüfat subyekti barəsində rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Hazırda işlərə baxılma prosesi davam edir və nəticələri barədə əlavə məlumat veriləcəkdir.

Məlumat üçün bildiririk ki, Rəqabət Məcəlləsinin tələblərinə əsasən, məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması, məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən, o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər, haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi isə haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab olunur və bu hərəkətlər qadağandır.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyul 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri