Məşhur mağazanın direktorunu öldürməkdə ittiham edilən sahibkarın məhkəməsi başlayıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda tanışını öldürməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Prosesdə məlum olub ki, Emil Ağacanovun barəsində öncədən həbs qətimkan tədbiri seçilib. Lakin istintaqın gedişində onun cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu müəyyən olunub. E. Ağacanov psixayriya xəstəxanasında məcburi müalicəyə cəlb olunması üçün polis nəzarətinə verilib.
Cinayət işi məhkəmə baxışına verilib. Baxış iclası yanvarın 8-nə təyin edilib.
Qeyd edək ki, hadisə avqustun 23-də Bakının Yasamal rayonunda baş verib.
Paytaxt sakini İradə Muradovanın meyiti E.Ağacanova məxsus mənzilin hamamında aşkar olunub. Araşdırmaya əsasən, onun E.Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Emil Ağacanovun “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və İtaliya brendi “YAMAMAY” mağazasının sahibi olduğu, İradə Muradovanın isə “YAMAMAY” ın icraçı direktoru vəzifəsində çalışdığı bildirilir.
Emil Ağacanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 29 Dekabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















