Məşhur mediumdan qorxunc xəbərdarlıq: “Bu Dünya Kuboku oyununa getməyin”
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Braziliyalı tanınmış medium Vo Bahiana 2026-cı il Dünya Kuboku ilə bağlı irəli sürdüyü qeyri-adi iddia ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, sosial media hesabında təcili xəbərdarlıq paylaşan Bahiana bildirib ki, 24 iyun 2026-cı il tarixində keçiriləcək Dünya Kuboku oyunlarından biri zamanı stadion yadplanetlilər tərəfindən işğal olunacaq və futbolçular qaçırılacaq.
Medium paylaşımında həmin tarixə xüsusi diqqət çəkərək, "Bu tarixi qeyd edin. Dəhşətli bir kabus gördüm” ifadələrini işlədib. Onun sözlərinə görə, yuxusunda futbol meydançasına içərisində 100-dən çox yadplanetlinin olduğu nəhəng kosmik gəmi enib.
Bahiana iddia edib ki, yadplanetlilər futbolçuları və tribunadakı yüzlərlə tamaşaçını və futbolşu Neymarı gəmiyə aparırdı. O, yuxusunda özünə "İnsanlığı xilas etməlisən” mesajının verildiyini də bildirib.
Məşhur medium daha sonra izləyicilərinə müraciət edərək, "O oyuna getməyin” sözləri ilə xəbərdarlıq edib.
Qeyd edək ki, Vo Bahiananın iddiaları ilə bağlı hər hansı elmi sübut və ya rəsmi təsdiq mövcud deyil. Onun açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 17 İyun 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















