Məşhur menecerin qalmaqalına Edisin də adı qarışdı: 100 min dollarlıq təklif
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
Türkiyədə məşhurların meneceri olan “ID Consultancy Limited Company”nin təsisçisi Ayşe Barımla bağlı iddialar gündəmdən düşmür.
Publika.az xəbər verir ki, prodüser və aktrisa Jandae Perçem də qalmaqallı açıqlamalar verib.
O, müğənni Edislə baş rolu paylaşdığı "Alya" filmindən və keçdiyi prosesdən danışıb:
“Edisdən heç bir sənəd almadığımız üçün işlərə başlaya bilmədik. Bir gün vəkilimlə danışarkən Ayşe Barım zəng etdi. O dedi ki, Edis filmdə özünü bəyənməyib. Deyib ki, 100 min dollar verim, filmi mənə satsınlar. Premyeradan 1 gün əvvəl Edisdən sənəd ala bilmədiyimiz üçün təqdimat ləğv olundu. Təbii ki, Ayşe Barım arxa planda işləməyə davam edirdi. Komandamın üzvü ilə PR edən şirkətlərdən birinə getdik. Orada dedilər ki, reklam edəcəyik, amma Ayşe Barım qarışsa filmdən heç kim xəbər tutmayacaq. Eyni şey baş verdi. Film haqqında heç kim eşitmədi, bilmədi”.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 17 Yanvar 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















