Məşhur model uşaqları ilə küçədə qaldı “Heç nə götürə bilmədik”
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyəli məşhur model Elif Ece Uzun 6 yaşlı əkiz qızları ilə birlikdə sel fəlakətinin qurbanı olub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sakarya vilayətində yağan güclü yağışlar nəticəsində yaranan sel modelin yaşadığı ərazini də su altında qoyub.
Elif Ece Uzun iki azyaşlı övladı ilə evində köməksiz vəziyyətdə qalıb. AFAD-ın (Türkiyənin Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması İdarəsi) əməkdaşları axşam saatlarında ailəyə çataraq onları xilas ediblər.
Model bildirib ki, sel suları insan boyuna yaxın hündürlüyə çatıb. Xilas edildikdən sonra uşaqları ilə birlikdə dağlıq ərazidə təxminən 2,5 kilometr piyada getməyə məcbur olub.
Onun sözlərinə görə, baş verənlərdən qorxuya düşən əkiz qızları yolboyu ağlayıblar. Lakin ailənin çətinlikləri xilasetmə əməliyyatından sonra da bitməyib. Sel nəticəsində evə aparan yol yararsız hala düşüb, körpü isə dağılıb. Bu səbəbdən model övladları ilə birlikdə evinə qayıda bilmir.
“Heç bir əşyamızı götürə bilmədik. Hətta şəxsiyyət vəsiqələrimiz də evdə qaldı. Bir dəst paltarla çıxdıq. Hazırda müvəqqəti yerdə qalırıq. Köməyə ehtiyacımız var. Küçədə qalmışıq”, – deyə Elif Ece Uzun bildirib.
Məşhur model əkiz qızlarının məktəbə gedə bilmədiyini də açıqlayıb. Onun sözlərinə görə, bələdiyyə əməkdaşları yolun bərpasının təxminən iki ay çəkə biləcəyini deyiblər. Elif Ece Uzun övladlarının təhsildən geri qalmaması üçün dövlət qurumlarına müraciət edərək ərazidə müvəqqəti körpü tikilməsini istəyib. “Uşaqlar iki ay məktəbə getməsələr, sinifdə qala bilərlər. Dövlətimizdən kömək istəyirəm. Heç olmasa, müvəqqəti körpü tikilsin ki, uşaqlar məktəbə gedə bilsinlər”, – model qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 21 Oktyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















