Məşhur müğənni bələdiyyə sədri ilə evlənir FOTO KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Türkü ifaçısı Sevcan Orxan bir müddətdir münasibətdə olduğu Buca Bələdiyyəsinin sədri Görkəm Dumanla sentyabr ayında evlənəcəklərini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Sevcan Orxan ötən axşam “Mahsus Sahne”də dinləyiciləri ilə görüşüb. Konsertdən əvvəl sualları cavablandıran sənətçi Görkəm Dumanla münasibəti barədə danışaraq uzun müddətdir davam edən xoşbəxt bir əlaqələrinin olduğunu və sentyabr ayında evlənməyi planlaşdırdıqlarını bildirib.
Orxan “Bu bazar məni istəməyə gəlirlər” deyərək ənənələrə uyğun nişan mərasimi keçiriləcəyini qeyd edib: “Duzlu qəhvə hazırlanacaq. Adət-ənənə nədirsə, hamısını edəcəyik”.
Məşhur ifaçı mehr olaraq nə istədiyi sualına isə belə cavab verib: “Məhəbbət, hörmət və sədaqət istəyirəm. Bu dövrdə bunları tapanda, bundan daha yaxşı mehir yoxdur”.
Sevcan Orxan ilə Görkəm Dumanın münasibəti əvvəllər Phuket adasında çəkilən tətil görüntüləri ilə üzə çıxmışdı. Həmin dövrdə Buca Bələdiyyəsində təmizlik işçilərinin maaşlarını ala bilmədiyi iddiası ilə etiraz hazırlıqları aparıldığı vaxt bu görüntülər müzakirələrə səbəb olmuşdu.
Qeyd edək ki, mehr İslam qanunlarına görə, kişinin evlənərkən qadına verdiyi və ya verməyi vəd etdiyi pul, əmlak və ya mənfəət hədiyyəsidir./demokrat
Baxış sayı:144
Bu xəbər 18 May 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















