Məşhur müğənni qəzada öldü FOTO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Kolumbiyada Zalek səhnə adı ilə tanınan məşhur müğənni motosiklet qəzasında həlak olub.
Avtosfer.az xəbər verir ki, qəza martın 10-da günorta saatlarında Medellin şəhəri yaxınlığında baş verib.
30 yaşlı ifaçı motosikleti yüksək sürətlə idarə edərkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə o, avtomobilə çırpılıb və yıxılaraq başını bordürə vurub.
Hadisə yerinə gələn həkimlər ilkin müayinə zamanı onun sağ olduğunu bildiriblər. Lakin müğənni xəstəxanaya aparılarkən təcili tibbi yardım avtomobilində dünyasını dəyişib.
Məlumata görə, ifaçı bir sıra tanınmış sənətçilərlə birgə mahnılar yazdırıb. Onun yaxın zamanda təqdim etdiyi “Ay Amor” (“Ah, sevgi”) adlı mahnının klipi “YouTube” platformasında 10 milyondan çox baxış toplayıb./news24.az
Baxış sayı:144
Bu xəbər 16 Mart 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















