Məşhur müğənni təyyarə qəzasında həlak oldu Öləcəyini yuxuda görübmüş
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Kolumbiyada baş verən kiçik təyyarə qəzası nəticəsində məşhur müğənni Yeison Ximenez də daxil olmaqla, altı nəfər həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, Boyaka inzibati bölgəsində yerləşən Paipadan Medelinə uçan təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Konsert vermək üçün Medelində olan 35 yaşlı sənətçinin ölümü ölkədə böyük kədərə səbəb olub.
Məlumata görə, müğənni qəzadan təxminən 20 gün əvvəl qatıldığı televiziya proqramında təyyarə qəzaları ilə bağlı dəfələrlə narahatedici yuxular gördüyünü bildirib:
“Üç dəfə yuxuda təyyarə qəzası gördüm. Pilotun yanına gedib təyyarəni çevirməsini xahiş edirdim. Pilot isə mənə “Yaxşı ki, xəbər verdin, nəsə səhv gedirdi” deyirdi. Yuxularımdan birində isə öldüyümüzü və bu hadisənin xəbərlərdə yayımlandığını görmüşdüm”.
Qeyd edək ki, 1991-ci ildə Kaldas inzibati bölgəsinin Manzanares şəhərində anadan olan Yeison Ximenez “Aventurero”, “Vete” və “Mi venganza” kimi hit mahnıları ilə son illərdə Kolumbiyanın ən məşhur və ən çox dinlənilən sənətçilərindən biri kimi tanınırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 11 Yanvar 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















