Məşhur müğənnidən Elgizə: “Məni görəndə üzümə gülür, arxamca isə...”
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Türkan Vəlizadə aparıcı Elgiz Əkbəri tənqid edib.
Bu haqda sənətçi qonaq olduğu "Rəngarəng" verilişində danışıb.
Proqramın aparıcısı Zaur Nəbioğlunun "Elgiz Əkbərin bir videosunu gördüm. Orada deyirdi ki, "Mən Türkan Vəlizadədən çox digər xanım ifaçını bəyənirəm" sözlərinə müğənni belə cavab verib:
"Hər kəs məni sevməyə bilər. Zövqlər müxtəlifdir. Heç kimə deyə bilmərəm ki, məni sev. Yəqin bu da onun fikridir. Onun bu fikirlərinə hörmətlə yanaşıram. Təşəkkür edirəm, ola bilər... Mən bu məqamlara görə artıq insanların səmimiyyətinə inanmıram. Çünki məni görəndə üzümə gülürlər, qarşıma gələrək gözəl münasibət göstərirlər. Sonra isə arxada, yəni efir önünə keçən kimi müəyyən sözlər danışırlar. Heç kimin səmimiyyətinə inanmıram". (olay)
Baxış sayı:107
Bu xəbər 09 Mart 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















