Icma.az
close
up
RU
Məşhur müğənnidən nazirliyə ittiham: “18 il bizə ayrılan pulu mənimsəyiblər”

Məşhur müğənnidən nazirliyə ittiham: “18 il bizə ayrılan pulu mənimsəyiblər”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə biz, müğənnilər, dövlət tədbiridir deyə pulsuz oxumuşuq. Əvəzində isə heç kəsə lazım olmayan diplomlar veriblər - 2004-2022-ci illər ərzində. Sonradan xəbər tutduq ki, dövlət bu tədbirlər üçün vəsait ayırırmış, lakin həmin pulları Mədəniyyət Nazirliyində çalışanlar mənimsəyirmiş”.

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Nura Suri bildirib.

Onun sözlərinə görə, bir dəfə ərizə yazıb klip çəkilişinə icazə istəyib: “Akademik Musiqili Teatrda həm də Əliqismət bəylə bu barədə danışılmışdı (sübutlarım da var). Çəkiliş qrupu artıq çəkiliş üçün yerləri müəyyən etmişdi və biz ödənişi də etməyə hazır idik, amma nazirlikdən icazə ala bilmədik. Mənzərin məndən xoşu gəlmir deyə (Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva).

Mədəniyyət Nazirliyinin nəzdində olan teatr, muzey və digər qurumlarda yalnız pul ödəyib çəkiliş aparmaq mümkündür. Bundan əlavə, nazirliyə rəsmi məktub göndərib aylarla cavab gözləməli oluruq. Biz müğənnilər üçün bu, çox çətin və ədalətsiz vəziyyətdir. Amma “bəy-gəlin” çəkilişləri üçün heç bir problem yoxdur - pulunu ödə, çəkilişini et.

Sonradan öyrəndik ki, bir çox tədbirlərə düşmək üçün, hətta xalq artistləri belə, Mənzər xanıma bahalı hədiyyələr və pul verirlər. Nazirlər dəyişir, amma Mənzər xanım hələ də yerindədir.

Nazirliyə bir neçə yaltaq olmayan, doğrunu deməyə cəsarəti çatan məşhurlar birlikdə rəsmi məktub da yazdıq, amma heç bir nəticə olmadı. Nə isə… Mən yenə “demoqoqluq” etməyim, onsuz da daşım ağırdır. Olduğu kimi qalsın”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Noyabr 2025 03:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri