Icma.az
close
up
RU
Məşhur müğənninin külli miqdarda pulu necə əlindən çıxdı?

Məşhur müğənninin külli miqdarda pulu necə əlindən çıxdı?

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə Mübariz Məmmədov tərəfindən vəsatətlər təqdim olunub.

O, cinayət işində olan sənədlərin araşdırılması və prosessual qaydaların həll olunması üçün işə yenidən baxılması ilə bağlı prokurora qaytarılması barədə vəsatət versə də, hakimlər vəsatəti təmin etməyiblər.

Daha sonra Mübariz Məmmədov sərbəst ifadəsi zamanı bildirib ki, barəsindəki ittiham zərərçəkmiş İlham Cəfərovun ərizəsi əsasında verilib:

"Həmin ərizədən sonra istintaqa dəvət olunmuşam, şübhəli şəxs qismində cəlb olunmuşam. Məndən şirkətimin möhürünü tələb ediblər. Bunu da Sakit Məmmədov edib. Mən də bunu verməmişəm. Sakit Məmmədovun sifarişi ilə məni həbs ediblər".

Təqsirləndirilən şəxs deyib ki, Könül Kərimovaya aid olduğu deyilən mənzil isə onun özünə məxsus olub:

"Könül Kərimova Sakit Məmmədova 300 min manat borc verib, həmin mənzil də saxta müqavilə ilə ona verilib. Bir mənzilin alınmasına görə iki müqavilə məndə olub. Birinci müqavilə mənim adıma olub, ikinci müqavilə isə Könülün adına verilib. Düzgün sənəd isə mənim adıma olan müqavilədir".

Təqsirləndirilən şəxs bildirib ki, 10 mənzil, iki qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə əvvəlki dövrdə vəsatət verib:

"Bildirim ki, mənə aid həmin mülklərin üzərinə həbs qoyulsun, mənim təqsirim sübuta yetirilsə, həmin mülklər satılaraq zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilsin. Amma bu vəsatətim təmin olunmadı. Həmin mülklər Sakit Məmmədov tərəfindən saxta sənədlər düzəldilərək satıldı".

Növbəti proses oktyabrın 7-də davam edəcək.

İstintaq sənədlərinə görə, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovu tapıb onunla ofisdə görüşüblər.

Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, 48 ünvanındakı binada yerləşən və müqavilə əsasında müğənni Könül Qəmbər qızı Kərimovaya məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra onlar saxta və qanunsuz sənəd hazırlayıb həmin mənzili 245 min manata sataraq təkrar dələduzluq ediblər.

İstintaq materiallarına əsasən, Elçin Bağırov və Mübariz Məmmədov vətəndaşların etibarından sui-istifadə etməklə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməkdə, həmçinin rəsmi sənədləri istifadə etmək məqsədilə təkrar saxtalaşdırmaqda ittiham olunurlar.

İttihama görə, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən "ARAZ T.İ" MMC-nin binasındakı 156 kvadratmetr sahəsi olan 126 nömrəli mənzili qanunsuz olaraq ələ keçirib.

Sözügedən mənzilin Sakit Məmmədova məxsus olduğu, müqavilə və maliyyə arayışının isə onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına rəsmiləşdirildiyi bildirilir.

İttiham aktında qeyd olunur ki, Mübariz Məmmədov 2011-ci il avqustun 13-də həmin mənzili "ARAZ T.İ" MMC-nin ofisində Elbrus Həsənova 156 min manata sataraq onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib.

Bununla da Sakit Məmmədova 156 min manat məbləğində ziyan vurulduğu iddia edilir.

Mübariz Məmmədova qarşı digər ittiham isə yüzminlərlə manatlıq "hüquqi xidmət" vədləri ilə bağlıdır.

İstintaqın versiyasına əsasən, o, "Hüquq-Ekspertiza Mərkəzi" MMC-nin rəhbəri olduğu müddətdə tanışı Bəhram Abbasova "Konstra" MTK-nın müxtəlif şəxslərə dəyərindən ucuz və qanunsuz satıldığı bildirilən mənzillərini şirkətə geri qaytaracağını və alıcılara ödənilən pulların geri verilməsini təmin edəcəyini vəd edib.

İttihama görə, Mübariz Məmmədov bu xidmətlərin göstərilməsi adı ilə 408 min manat alıb.

Bundan başqa, "Konstra" MTK-nın layihə sənədlərinin hazırlanması və onların dövlət ekspertizasında təsdiqlənməsinin təşkil ediləcəyi vədi ilə daha 175 min manatın ələ keçirildiyi iddia olunur.

Beləliklə, ittiham aktına əsasən, təkcə Mübariz Məmmədovla bağlı göstərilən bu epizodlarda söhbət ümumilikdə 739 min manatdan gedir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri