Məşhur müğənninin sirli ölümü ilə bağlı 3 ŞOK TAPŞIRIQ Baş Prokurorluq HƏRƏKƏTƏ KEÇDİ
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən sənətçi Güllünün (Gül Tut) ölümü ilə bağlı istintaq dərinləşir.
Moderator.az xəbər verir ki, hadisə gecəsinə aid kamera görüntüləri və səs yazıları üzərində hərtərəfli analizlər aparılır.
Yalova Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hadisə gecəsinə aid təhlükəsizlik kamerası görüntüləri daha əvvəl Bursa Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna və Polis Kriminalistika İdarəsinə göndərilmişdi. Hər iki qurum görüntülər üzərində səs və hərəkət analizi, vaxt sinxronizasiyası, eləcə də kənar müdaxilə və ya itələnmə ehtimalı istiqamətində geniş araşdırma aparır.
Əlavə olaraq, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasına (TÜBİTAK) 3 mühüm tapşırıq göndərilib:
- Səs yazılarının keyfiyyətinin artırılması,
- Səslərin müqayisə olunaraq kimə məxsus olduğunun müəyyənləşdirilməsi,
- Danışıqların detallı şəkildə analiz edilərək tam mətninin hazırlanıb hesabat şəklində Baş Prokurorluğa təqdim olunması.
Bu tapşırıqların yerinə yetirilməsindən sonra Güllünün ölüm səbəbi və hadisənin təfərrüatları barədə istintaqa daha dəqiq nəticələrin daxil olacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 11 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















