Məşhur mühafizə şirkəti “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib Fotolar/ Video
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Peşəkar mühafizə şirkəti “Security Operation Services” (SOS) MMC, 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Şəhidlər xiyabanını və Quba şəhərindəki “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib.
Bu barədə Gununsesi.info -ya şirkətdən məlumat verilib. Ziyarət çərçivəsində faciə qurbanlarının xatirəsinə gül dəstələri qoyulub, sonra isə kompleksin muzeyi ilə tanış olunub. Muzeydə 1918-ci il azərbaycanlıların soyqırımını əks etdirən sərgilər nümayiş olunub.
Muzey əməkdaşları ziyarətçilərə soyqırımı ilə bağlı məlumat verərək, ermənilərin 1918-ci ilin əvvəllərində Bakıda və digər bölgələrdə azərbaycanlılara qarşı törətdikləri qətliamları və zülmləri ətraflı izah ediblər. Quba, Bakı, Şamaxı, Qarabağ, Zəngəzur və digər ərazilərdə on minlərlə dinc azərbaycanlı həyatını itirib, minlərlə ev və milli mədəniyyət abidələri dağıdılıb.Saytımıza açıqlamasında “SOS” MMC-nin direktoru Anar Məmmədov qeyd edib ki, 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilməsi barədə fərman imzalanıb:“Ulu öndərin bu sahədəki irsini davam etdirərək, bu soyqırımı heç vaxt unutmayacağıq və unutturmayacağıq. Soyqırımı qurbanlarının xatirəsini ehtiramla anır, onlara Allahdan rəhmət diləyirik”.
























Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 01 Aprel 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















