Icma.az
close
up
RU
Məşhur narkobaron El Çaponun oğlu Tramp administrasiyası ilə müqavilə bağlayıb

Məşhur narkobaron El Çaponun oğlu Tramp administrasiyası ilə müqavilə bağlayıb

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sinaloa kartelinin rəhbəri Ovidio Quzman Lopezin ailəsinin 17 üzvü ABŞ-a daxil olub. Ovidio özü 2023-cü ildə ekstradisiya edilib. Bu, Meksikada polis və narkobaronlar arasında əsl müharibəyə səbəb olub.

Sfera.az bildirir ki, kartel liderlərinin 17 ailə üzvü Sinaloa kartelinin keçmiş rəhbərinin oğlu ilə Tramp administrasiyası arasında razılaşma çərçivəsində keçən həftə ABŞ sərhədini keçib.

Ovidio Quzman Lopez ABŞ-da məhbus Xoakin “El Çapo” Quzmanın həbsindən sonra Sinaloa Kartelinin başında qalan qardaşlardan biridir. Qardaşlar “Los Chapitos” adlı narkotik kartelinin bir hissəsini idarə edirdilər. Yayımlanan foto və videolarda El Çaponun ailə üzvlərinin çamadanları ilə Tijuanadan sərhədi keçərək ABŞ agentlərini gözləyənə qədər getdiyi görünür. 

Ötən həftə gənc Quzmaın 2023-cü ildə ekstradisiya edildikdə ABŞ-da çoxsaylı narkotik alveri ittihamı ilə mühakimə olunmaqdan qaçmaq üçün günahını etiraf edəcəyi barədə şayiələr yayılmışdı.

Garcia Harfuch, radio müsahibəsində ailənin sərhədi keçdiyini təsdiqləyib və Meksika səlahiyyətlilərinə Quzman Lopez və ABŞ hökuməti arasında danışıqlardan sonra bunu edəcəklərindən xəbərdar edildiyini bildirib.

O, ailə üzvlərindən heç birinin Meksika səlahiyyətliləri tərəfindən təqib edilmədiyini və ABŞ prezidenti Donald Tramp hökumətinin Meksika prokurorları ilə məlumat paylaşmalı olduğunu bildirib. 

Meksikanın təsdiqi ABŞ Baş Prokurorluğunun Tramp administrasiyasının bir neçə karteli xarici terror təşkilatı kimi təyin etməsindən sonra ilk dəfə olaraq bir neçə kartel liderini “narkoterrorizm” ittihamı ilə ittiham etdiyini elan etdiyi günə təsadüf edir. 

Prokurorlar El Çaponun ailəsinin videosunu şərh etməkdən imtina edərkən, ABŞ-ın Kaliforniya Cənub Dairəsinin vəkili Adam Qordon və digər rəsmilər kartel üzvlərinə xəbərdarlıq edib.

"Siz artıq ovçu deyilsiniz, ovlananlarsınız. Dostlarınız tərəfindən xəyanətə məruz qalmış, düşmənləriniz tərəfindən ovlanmış və sonda burada, Kaliforniyanın Cənub Bölgəsindəki məhkəmə zalında qalacaqsınız"- deyə Qordon bildirib.

Meksika prezidenti Claudia Sheinbaum jurnalistlərə Ovidio ilə ABŞ hökuməti arasında ailə üzvlərini ölkədən çıxarmaq üçün hər hansı sövdələşmədən xəbəri olmadığını bildirib. Qeyd edək ki, Ovidio ölkənin əvvəlki prezidenti Lopez Obradorun dövründə ABŞ-a ekstradisiya edilib.

Xanım

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 May 2025 05:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri