Icma.az
close
up
RU
Məşhur oğrunun oğru övladı, Lənkəranskinin xaç oğlu , ən gənc avtoritet DOSYE FOTOLAR

Məşhur oğrunun oğru övladı, Lənkəranskinin xaç oğlu , ən gənc avtoritet DOSYE FOTOLAR

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Azərbaycanlı məşhur kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) ölümündən sonra onun "klan"ı getdikcə zəifləməkdədir.BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Lənkəranskinin öldürülməsindən sonra onun rəhbərlik etdiyi mafioz qruplara müxtəlif gürcü kriminallar tərəfindən idarə edildiyi xəbərləri yayılıb.Bəs Rövşənin yaxın adamları sayılan azərbaycanlı oğrular kimlərdir. Onlardan Ülfət Tağıyev (Rufo Gəncinski) və Zaur Şipilov (Zaur Naxçıvanski) həbsdə, Hacıbaba Talıbxanlı isə (Hacı Beylaqanski) isə hazırda Türkiyədədir.ArayışHacı Beylaqanski 1982-ci il martın 29-da Beyləqan rayonunda anadan olub. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gedib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb.Həmin vaxtı Rövşənin digər silahdaşı Ülfət Tağıyev də (Rufo Gəncinski) də taclandırılıb. Rufo hazırda Rusiyada cəza çəkir. Adam öldürməyə cəhddə təqsirləndirilən kriminal aləm üzvü 2015-ci ildə 8 il müddətə azadlıqdan məhrum edilib.Zaur Şipilov kimdir?Zaur Bayram oğlu Şipilov 1985-ci ilin oktyabrın 18-də Rusiyanın Orenburq şəhərində anadan olub. Zaur kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Bayram Talıbov azərbaycanlılar içində çox böyük nüfuza malik olub. 2006-ci ilin aprelində o, "Sabirabadlı Hikmət" kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. 21 yaşlı Zaur isə həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilir. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyür rol oynayıb. Zaur xırda cinayətlərdə iştirak edib. Lakin həmin dövrdə həbs olunub, hər hansı türmədə cəza çəkməsi ilə bağlı məlumat yoxdur. Adətən Rövşənin killerləri kimi tanınan Hacı Beylaqanski və Rufo Gəncinki ilə bir yerdə olub. Rusiya mətbuatında Zaur Şipilov Rövşən Lənkəranskinin "xaç oğlu" adlandırılıb. Məhz Rövşənin təşəbbüsü ilə ona 2013-cü ildə Türkiyədə keçirilən sxodkada "qanuni oğru" titulu verilib. 27 yaşında qanuni oğru olan Zaur Şipilov "Zaur Naxçıvanski" kimi tanınmağa başlayır. Zaur Orenburqda doğulub böyüsə də, həmin şəhərdə onu oğru kimi az adam tanıyır. Lakin kriminal aləmdə nüfuzu olan "Culfalı Bayram"ın oğlu olması, Rövşən Lənkəranskinin yanında yetişməsinə görə hər zaman hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə olub. Zaur Naxçıvanski 2015-ci ilin oktyabrın ayında Moskvanın Alayski bazarında olan "Çertanovskoy" restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə (heroin) aşkarlanıb. Ona Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə) ittihamı verilib. O, istintaq dövründə Moskvada yerləşən "Matroskaya Tişina" həbsxanasına gətirilir. Zaur Şipilovun işinə Moskva şəhər Çertanov rayon Məhkəməsi baxır. Məhkəmənin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətə azadlıqdan məhrum edilir. Onu "Matroskaya Tişina" cəzaçəkmə müəssisindən Samara vilayətində olan həbsxanaya etap edilib. Həmin türmədə o, tanınmış qanuni oğru Vladimr Ozerskiy (Vova Zyuzya) ilə birgə cəza çəkib.Zuar Şipilov 2017-ci ilin iyun ayında cəza çəkdiyi müəssisədən yenidən Verxneuralsk vilayətinə etap edilib.Şipilovun cəzası 2018-ci ilin oktyabrın 6-da başa çatır. O, azərbaycanlılar içində ən gənc qanuni oğrulardan biridir.BAKU.WS
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Oktyabr 2025 02:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri