Icma.az
close
up
RU
Məşhur onkoloq danışdı: Xərçəngdən sağalma şansını artıran metod

Məşhur onkoloq danışdı: Xərçəngdən sağalma şansını artıran metod

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə və Azərbaycanın tanınmış cərrah və onkoloqlarının iştirakı ilə "Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, konfransda Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədri, onkoloq Altay Əliyev "Mədə xərçəngində neoadyuvan sistemik müalicə" mövzulu təqdimatında mədə xərçənginin müalicəsindəki mühüm məqamlara toxunaraq bildirib ki, birinci mərhələdə belə beş illik sağ qalım göstəricisi 80% təşkil edir. 

Məruzəçi könüllülər və mədə xərçəngi əməliyyatına hazırlanan xəstələr üzərində aparılan bir araşdırmaya istinad edərək qeyd edib ki, hətta əməliyyat oluna biləcək xəstələrin qan dövranında da xərçəng hüceyrələrinə rast gəlinir. 

Ekspert vurğulayıb ki, bir radioloq və ya cərrah üçün xəstəlik erkən mərhələ görünsə də, onkoloqlar üçün bu, mikroskopik səviyyədə artıq gizli bir dördüncü mərhələ ilə üz-üzə qalmaq deməkdir.

Onkoloq çıxışında əməliyyatdan əvvəl tətbiq edilən neoadyuvant müalicənin əsas hədəflərinə toxunub. Ekspert bu müalicənin əməliyyatdan sonrakı müalicəyə nisbətən bədən tərəfindən daha rahat qəbul edildiyini bildirərək, beynəlxalq onkoloji protokollara əsasən, xəstəliyin erkən və orta mərhələlərindən etibarən perioperativ kimyaterapiyanın və komanda şəklində yanaşmanın tövsiyə edildiyini diqqətə çatdırıb.

Diaqnostika və mərhələləndirmə prosesində qastroskopiya, kompüter tomoqrafiyası və laparoskopik yoxlamanın əhəmiyyətini qeyd edən məruzəçi, PET-CT müayinəsinin bəzən neqativ nəticə göstərə biləcəyinə görə diqqətli olunmasının vacibliyini bildirib. 

O, hər həftə keçirdikləri mütəxəssis toplantılarına toxunaraq vurğulayıb ki, cərrahlar və onkoloqlar eyni dili danışmalı, hər kəs bərabərhüquqlu söz sahibi olmalıdır, çünki burada xəstənin taleyi barədə qərar verilir.

Perioperativ müalicələrin tarixinə nəzər salan Altay Əliyev, 2006-cı ildəki "Magic" çalışmasından bu günün standartı olan "Flot" protokoluna qədər keçilən yolu təhlil edib. 

O, "Magic" çalışması ilə sağ qalımda 13%-lik bir üstünlük qazanıldığını, lakin təkbaşına neoadyuvant müalicənin yetərli olmadığını, müalicənin həm əməliyyatdan əvvəl, həm də sonra tamamlanmalı olduğunu qeyd edib.

Araşdırmalarda bu növ müalicənin beş illik sağ qalımda 14% üstünlük təmin etdiyinə toxunan ekspert, neoadyuvant müalicə alanlarda əməliyyat sonrası ölüm riskinin artmadığını bildirib. O, günümüzün ən təsirli metodu olan "Flot" protokolunun xərçəng hüceyrələrini tamamilə yox etmə göstəricisini 8 %-dən 20 %-ə qaldırdığını vurğulayıb.

Onkoloq Altay Əliyev bildirib ki, müasir tibbi araşdırmalar əməliyyatdan əvvəl tətbiq edilən kimyaterapiyanın şişin tam təmizlənmə şansını artırdığını və bəzi xərçəng növlərində kimya-şüa terapiyasının sağ qalma müddətini bir neçə qat yüksəltdiyini sübut edir. 

Həmçinin vurğulayıb ki, müalicəyə yeni dərmanların və ya şüa terapiyasının əlavə edilməsi hər zaman sağ qalım müddətinə birbaşa təsir etmir, bu səbəbdən hər bir addım dəqiqliklə hesablanmalıdır. Ekspert qeyd edib ki, xüsusi genetik özəlliyi olan xəstələrdə fərdi müalicə metodları ilə şişin tamamilə yox edilməsi istiqamətində mühüm nəticələr əldə olunmaqdadır.

Sonda Altay Əliyev cəmiyyətdə həkimlərə qarşı yaranan mənfi münasibətlərə və "həkim səhvi" iddialarına toxunaraq bildirib ki, tibb böyük qeyri-müəyyənliklər içərisində dəqiq qərar vermə sənətidir və bu qədər mürəkkəb genetik analizlər fonunda ən düzgün müalicə yolunu seçmək böyük məsuliyyət tələb edir. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Aprel 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri