Icma.az
close
up
RU
Məşhur otel haqqında AÇIQLAMA: “Məmmədağanın Kəbabxanası” ilə müqayisə etməyin

Məşhur otel haqqında AÇIQLAMA: “Məmmədağanın Kəbabxanası” ilə müqayisə etməyin

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Son dövrlərdə bəzi şəxslər tərəfindən yayılan məlumatlar heç bir təəcüblü faktı ehtiva etmir. Çox zaman, mənasız və məntiqsiz şərhlər, həmçinin sənayemizdən və dünyadan bixəbər olan insanlar tərəfindən yayılan məlumatlar təəssüf ki, narahatlıq yaradır. Bu səbəbdən "Hilton Baku" və onun xidmətləri barədə daha obyektiv yanaşma və düzgün məlumatların paylaşılması vacibdir".
Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Samir Dübəndi deyib.
"Hilton Baku" dünyada 100-dən çox ölkədə 570-dən çox oteli ilə fəaliyyət göstərən dünya şöhrətli "Hilton" şəbəkəsinə daxildir. Şəbəkə yüksək keyfiyyətli xidmətləri ilə tanınır və beynəlxalq səviyyədə 5 ulduzlu xidmətlər təqdim edir.
"Hilton Baku" otel də bu şəbəkənin tələblərinə uyğun olaraq yüksək xidmət keyfiyyəti, lüks imkanlar və xüsusi müştəri təcrübəsi təqdim edir.
Xəbərlərdə qeyd olunan qiymətlər barədə təəcüblənmək, bəzən yanlış məlumatlarla nəticələnə bilər. Çünki bir çox hallarda müştərilər menyuya və xidmətlərə diqqət yetirmədən sifariş verirlər və sonradan qiymətlərin yüksək olduğunu düşünürlər. Orada təqdim olunan xidmətlər və məhsulların qiymətləri beynəlxalq standartlara uyğun olaraq müəyyən edilir və bu həm müştərinin alacağı keyfiyyətli xidmətin, həm də otelin yüksək statusunun əksidir.
"Hilton Baku"nu “Məmmədağanın Kəbabxanası” ilə müqayisə etmək, demək olar ki, "limuzin"i qoşqu arabası ilə eyni kateqoriyaya salmaq cəhdidir. "Hilton" dünya səviyyəli, 5 ulduzlu beynəlxalq oteldi, burada xidmət yalnız yemək gətirməklə bitmir. Menyudan tutmuş personalın geyiminə, servisin təqdimatına qədər hər şey incəliklə planlaşdırılır və beynəlxalq protokollara uyğunlaşdırılır. Halbuki “Məmmədağanın Kəbabxanası”nda əsas kriteriya “lülə bişibsə, süfrəyə verilsin” prinsipidir.
Qiymət fərqinə təəccüblənənlərdən isə xahişimiz: menyuya baxın, sonra danışın. "Hilton"un menyusuna baxmadan sifariş verib, sonra da “bahadır” demək marketdə kassaya çatanda cipsin qiymətinə əsəbləşmək kimi bir şeydir" - o, deyib.
Ekspert bildirib ki, məlumat yayarkən daha diqqətli olmaq vacibdir:
Qeyd edək ki, yaxın günlərdə “Hilton Baku” hoteldə turistlərin ödədiyi hesab sosial şəbəkələrdə müzakirəyə səbəb olmuşdu.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 İyul 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri