Məşhur platformada kritik sızma 340 milyon insanın bank məlumatları təhlükədə
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünyanın ən məşhur onlayn platformalarından biri ətrafında ciddi kibertəhlükəsizlik qalmaqalı yaranıb.
"Ölkə.az" xəbər verir ki, hakerlər OnlyFans platformasının sındırıldığını və təxminən 340 milyon istifadəçinin məlumatlarının internetə sızdırıla biləcəyini iddia ediblər.
Məlumata görə, mümkün sızma nəticəsində elektron poçt ünvanları, telefon nömrələri, istifadəçilərin əlaqələndirdiyi sosial şəbəkə hesabları, profil məlumatları və bank kartlarına aid bəzi məlumatlar təhlükə altına düşüb.
Hakerlər məlumat bazasının artıq qapalı forumlarda yayıldığını bildiriblər. Hazırda platforma rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Kibertəhlükəsizlik üzrə mütəxəssislər istifadəçilərə hesab şifrələrini dəyişməyi, iki mərhələli qoruma sistemini aktivləşdirməyi və bank əməliyyatlarını diqqətlə izləməyi tövsiyə edirlər.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 31 May 2026 04:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















