Məşhur Portuqaliya klubu müflis oldu
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Portuqaliyanın “Boavişta” klubu ağır maliyyə problemləri səbəbindən rəsmi olaraq müflisləşmə proseduruna başladığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, klub borclarına görə yarış lisenziyası ala bilmədiyindən fəaliyyətini əvvəlki qaydada davam etdirmək mümkün olmayıb.
Rəsmi açıqlamada bildirilib ki, məhkəməyə təqdim olunan Xüsusi Yenidənqurma Planının (PER) təsdiqlənməməsi və əvvəlki illərdən qalan maliyyə öhdəlikləri vəziyyəti daha da ağırlaşdırıb. Rəhbərlik qeyd edib ki, son iki ildə vergi ödənişləri həyata keçirilib, FIFA-nın transfer qadağaları aradan qaldırılıb və komanda son tura qədər elitada qalmaq uğrunda mübarizə aparıb.
Buna baxmayaraq, 2019-2023-cü illərdə yığılan borclar və çoxsaylı məhkəmə çəkişmələri klubun maliyyə sabitliyini bərpa etməyə imkan verməyib.
“Boavişta” rəhbərliyi hazırda yeganə çıxış yolunun klubun yenidən strukturlaşdırılması məqsədilə müflisləşmə prosedurundan keçmək olduğunu vurğulayıb. Klub eyni zamanda əsas komandanın yeni mövsümə hazırlığa başladığını və rəhbərliyin “Boavişta”nı hansı liqada çıxış etməsindən asılı olmayaraq yenidən ayağa qaldırmaq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Portuqaliya çempionu (2000/2001) olan “Boavişta”nın əsas sahibi maliyyə problemləri səbəbindən Fransa peşəkar futbolundan kənarlaşdırılmış “Bordo”nun da sahibi Jerar Lopesdir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 İyul 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















