Icma.az
close
up
RU
Məşhur prokurorun həbsdəki oğlu ilə ailəli olan müğənni: Hər ay 6 gün həbsxanada onunla qalırdım...

Məşhur prokurorun həbsdəki oğlu ilə ailəli olan müğənni: Hər ay 6 gün həbsxanada onunla qalırdım...

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Xanım ifaçı Əminə Şirin şəxsi həyatı ilə bağlı çoxlarının bu zamana kimi bilmədiyi tükürpədici faktları açıqlayıb.

Əminə keçmiş həyat yoldaşının Xəzər rayonunun (əvvəlki adı: Əzizbəyov rayonu) sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov olduğunu bildirib.

Müğənni bildirib ki, gizlədəsi bir şeyi yoxdur, onlar ailəli olublar: "Qızım (atası Yalçın Həsənov - red.) Rəşid Həsənovun nəvəsidir. Məni qınayanlar düşünsün ki, 23 yaşında qız o zindanın divarları arasında hər ay 6 gün orada həyat yoldaşı ilə qalırdı. Mənim toyum da orada olub, gəlinlik paltarında. Ona görə də kimsə mənə eşq öyrətməsin. Eşq əslində bilməyənlərin danışdığı, bilənlərin susduğu mövzudur".

Əminə qeyd edib ki, onların izdivacı 13 il əvvəl başa çatıb: "Allah rəhmət eləsin, mən eşidəndə ki, xəstədir, özüm zəng etdim. Özü də dedi ki, bir bu zəngi gözləyirdim, inanmırdım yığarsan".

Qeyd edək ki, sabiq prokuror Rəşid Həsənovun oğlu Yalçın Həsənovla yanaşı, mərhum Xalq artisti İlhamə Quliyevanın "oğlu" Orxan Nadirov da Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunmuşdu.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Yalçın Həsənov 8 il müddətinə, Orxan Nadirov isə 11 ay azadlıqdan məhrum edilmişdi(Day.az)

Mia.az onu da bildirir ki, Rəşid Həsənov Konstitusiya Məhkəməsinin hakimi (2005–2021), Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (2000–2005), Azərbaycan Respublikasının ədliyyə naziri (1998–2000) Südabə Həsənovanı doğma qardaşıdır.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 Fevral 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri