Icma.az
close
up
RU
Məşhur prokurorun oğlu camaata pul atıb… İddia FOTO

Məşhur prokurorun oğlu camaata pul atıb… İddia FOTO

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

İşədüzəltmə adı ilə insanları aldadan dələduzlar təəssüf ki, səngimək bilmir. Vəzifəli şəxsin vəzifəsindən sui-istifadə edərək insanları aldatması isə lap dəhşətlidir. Redaksiyamıza şikayət edən zərərçəkənlərdən biri də jurnalist Yeganə Telmanqızıdır.

Xanım bildirib ki, hüquqşünas – mediator işədüzəltmək adı ilə ona pul atıb və zənglərinə cavab vermir.

Gununsesi.info – ya məsələ ilə bağlı danışan Yeganə Telmanqızı bildirib ki, 10 ildir, tanıdığı ailə onun etibarından sui-istifadə edərək aldadıb:

“Əslində, mən Səmədov Rəşad Abusəməd oğlundan hüquqi yardım istəmişdim. Söhbət əsnasında məndən soruşdu ki, oğlunu işə düzətmisən? Dedim, hələ yox, oxuyur. Dedi, gəl sənə kömək edim, oğlunu “ASAN xidmət” -ə işə düzəldim. Məndən 2 min pul aldı. Sonra dedi ki, pulun qalanını da düzəldəndən sonra verərsən. Arada zəng edib iş barədə soruşurdum. Deyirdi, narahat olmayın, iş artıq həll olub. Ondan 15 gün sonra zəng edib dedi ki, uşağın kostyum ölçülərini verin, artıq işi hazırdır, gedib oturacaq. Mən də inandım. Düşündüm ki, 10 ildi tanıyıram ailəni. Bacısı da Çinarə Səmədova Bakı şəhəri klinikaların birində şöbə müdiri işləyir. Özü də deyirdi, siz mənim bütün ailəmi tanıyırsız, biz neçə illərdi çörək kəsmişik. Mən kasıb adamam. Kirayədə yaşayıram. 3 yetim uşağa baxıram. Hüquqlarımızın müdafiəsini bu cür insanlara etibar edək? Atası Abusəməd Səmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 30 ildir ki, prokuror vəzifəsində çalışıb. Özü isə yaxın günlərdə Vəkillər Kollegiyasının imtahanlarından keçib və vəkil seçiləcək, hal-hazırda mediator kimi fəaliyyət göstərir”.

Yeganə Telmanqızı vurğulayıb ki, onun rəfiqəsi də hüquqi məsləhət almışdır:

“Ona və yoldaşına da qızının işə düzəlməsi ilə bağlı 10 min AZN -ə yaxın pul atıb. İndi telefonlarını söndürüb. Cavab vermirlər”.

Sözügedən hüquqşünasın fotosu:

Atası, prokuror Abusəməd Səmədov:

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 İyul 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri