Məşhur qapıçı yeni klubunda öz adı ilə oynaya bilməz
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı il dünya çempionatındakı uğurlu çıxışından sonra Çilinin "Kolo-Kolo" klubuna transfer olunan Kabo-Verde millisinin qapıçısı Vozinya gözlənilməz problemlə üzləşib.
İdman.Biz Sports.ru-ya istinadən xəbər verir ki, Çili çempionatının reqlamentinə əsasən, futbolçular forma üzərində yalnız ata soyadı, ana soyadı və ya hər iki soyadını yaza bilərlər. Ləqəb və təxəllüslərdən istifadə qadağandır.
40 yaşlı qapıçının tam adı Jozimar Joze Evora Diaşdır. "Vozinya" isə onun futbol ləqəbidir. Buna görə də o, "Kolo-Kolo"nun heyətində "Evora", "Diaş" və ya "Evora Diaş" yazısı ilə çıxış etməli ola bilər.
Qaydanın pozulacağı təqdirdə futbolçu sarı vərəqə ala, klubu isə cərimələnə bilər.
Bununla belə, Vozinyanın ləqəbindən istifadə etməsi üçün iki variant var. O, ya Çili Peşəkar Futbol Milli Assosiasiyasından (ANFP) xüsusi icazə almalı, ya da reqlament dəyişdirilməlidir.
Məlumata görə, "Kolo-Kolo" artıq ANFP-yə müraciət edərək Vozinya üçün istisna tətbiq olunmasını istəyib. Hazırda assosiasiya bu müraciətə baxır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 29 İyul 2026 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















