Icma.az
close
up
RU
Məşhur qulaqlıqlarda xərçəng riski yaradan maddələr aşkarlanıb

Məşhur qulaqlıqlarda xərçəng riski yaradan maddələr aşkarlanıb

Icma.az bildirir, Olke.az portalına istinadən.

Aparılan araşdırma zamanı bir sıra məşhur markalara məxsus qulaqcıqlarda sağlamlıq üçün təhlükəli maddələr aşkar edilib. Mütəxəssislər bildirirlər ki, bu birləşmələr xərçəng riski, neyroinkişaf problemləri və hormonal pozuntularla əlaqələndirilir.

Ölkə.Az "The Guardian"a istinadən xəbər verir ki, tədqiqatda müxtəlif brendlərin – "Bose", "Panasonic", "Samsung" və "Sennheiser" – modelləri yoxlanılıb.

Mərkəzi Avropanın ictimai təşkilatlarını birləşdirən "ToxFree LIFE for Al"l layihəsi çərçivəsində Çexiya, Slovakiya, Macarıstan, Sloveniya və Avstriyada ümumilikdə 81 ədəd qulaqlıq alınıb və laboratoriyada analiz edilib. Nəticədə bütün nümunələrdə təhlükəli kimyəvi maddələrin izlərinə rast gəlinib.

Araşdırmaya görə, cihazların 98 faizində bisfenol A (BPA), 75 faizindən çoxunda isə bisfenol S (BPS) aşkarlanıb. Bu maddələr plastikin bərkidilməsi üçün istifadə olunur və orqanizmdə estrogen hormonunu təqlid edə bilir. Onların xərçəng riski, erkən yetkinlik və hormonal pozuntularla əlaqəsi olduğu bildirilir.

Bundan başqa, qulaqlıqlarda reproduktiv sistem üçün zərərli sayılan ftalatlar qaraciyər və böyrəklərə təsir göstərə bilən xlorlaşdırılmış parafinlər, eləcə də hormonal sistemə təsir ehtimalı olan alovgecikdirici maddələr də tapılıb. Əksər hallarda söhbət az miqdarlardan gedir.

Ekspertlər qeyd edirlər ki, tək bir mənbədən alınan kiçik dozalar ciddi təhlükə yaratmaya bilər. Lakin müxtəlif mənbələrdən davamlı təsir “kokteyl effekti” yarada və uzunmüddətli riskləri artıra bilər. Xüsusilə qulaqcıqların artıq bir çox insanın gündə bir neçə saat istifadə etdiyi cihazlara çevrildiyi vurğulanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Fevral 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see388

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see375

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see336

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see322

Qanunun keşiyində: 2 İyul Azərbaycan Polisi Günüdür

01 İyul 2026 12:58see315

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see272

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA

01 İyul 2026 10:00see269

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see256

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see235

Gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq NASA a alimindən Şərq ə MÜSAHİBƏ

01 İyul 2026 19:59see207

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see206

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see205

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see189

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see188

Meksika Ekvadora qarşı

01 İyul 2026 05:00see184

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see183

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see181

İndoneziyada hərbi hazırlıq proqramı faciədən sonra dayandırıldı

01 İyul 2026 04:17see175

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see171

Serialdakı gəlinlik manifest oldu Evlənəcək

01 İyul 2026 03:30see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri