Məşhur rejissor Papa Fransisk haqqında film çəkəcək
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Dünya şöhrətli rejissor Martin Skorseze yaxın günlərdə vəfat edən katoliklərin ruhani lideri Papa Fransisk haqqında sənədli film çəkməyə hazırlaşır.
“Cebheinfo.az” xəbər verir ki, bu sənədli filmdə, Skorseze ilə Papa arasında baş tutmuş söhbətlər yer alacaq.
Filmin yaradıcı heyətinin bildirdiyinə görə, Papa Fransiskin kamera qarşısında verdiyi son müsahibə də sənədli filmdə əks olunacaq.Sənədli filmdə, həmçinin İndoneziya, Qambiya və İtaliyadakı gənclərin layihəyə qatılması və onların çəkdikləri qısa filmlər də nümayiş etdiriləcək.
Rejissor artıq filmin ssenarisini hazırlayıb, lakin nümayiş tarixi hələlik açıqlanmayıb.
Skorseze illər ərzində Papa Fransisklə dəfələrlə görüşüb və bu görüşlər 82 yaşlı rejissorun yaradıcılığına təsir göstərib.
Papa Fransisk 21 aprel tarixində vəfat etdikdə, Skorseze onu “hər baxımdan qeyri-adi bir insan” kimi xatırlamışdı.
Məşhur rejissor açıqlamasında belə deyib:
"Bu mənim üçün çox ağır bir itkidir. Onu şəxsən tanımaq şansına sahib olduğum üçün özümü xoşbəxt sayıram. Onun varlığı və istiliyi üçün çox darıxacam. Dünya üçün isə bu, böyük bir itkidir. Amma o, arxasında bir işıq buraxdı və bu işıq heç vaxt sönməyəcək".
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Baxış sayı:108
Bu xəbər 01 May 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















