Məşhur rejissor və həyat yoldaşı evində ölü tapıldı “Oğulları öldürüb” iddiası
Icma.az bildirir, Sherg.az portalına istinadən.
ABŞ-ın Los-Anceles şəhərində aktyor və rejissor Rob Reiner və həyat yoldaşı Michele Singer Reiner evlərində ölü vəziyyətdə aşkarlanıb. Polis hadisə ilə bağlı araşdırmanın qətl ehtimalı üzrə aparıldığını bildirib.
Sherg.az xəbər verir ki, Los Angeles Police Department (LAPD) ilkin açıqlamasında ölən şəxslərin kimliyi barədə məlumat verməyib. Lakin Yanğınsöndürmə Departamentindən bir rəsmi meyitlərin 78 yaşlı kişi və 68 yaşlı qadına aid olduğunu açıqlayıb.
Daha sonra Agence France-Presse (AFP) meyitlərin Reiner cütlüyünə məxsus olduğunu xəbər verib. Yerli mediaya danışan bir sıra mənbələr qətlin Reiner cütlüyünün oğlu tərəfindən törədildiyini iddia edib.
78 yaşlı Rob Reiner 1970-ci illərin məşhur All in the Family serialındakı rolu, eləcə də rejissoru olduğu The Princess Bride, This Is Spinal Tap, When Harry Met Sally, Stand by Me və The American President kimi filmlərlə tanınır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 15 Dekabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















