Icma.az
close
up
RU
Məşhur reper Luk Bessonun filmində çəkiləcək

Məşhur reper Luk Bessonun filmində çəkiləcək

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Snup Doq
Məşhur amerikalı reper Snup Doq özünü aktyor kimi sınayacaq. O, "Leon" filminin müəllifi kimi tanınan fransalı rejissor Luk Bessonun post-apokaliptik janrında yeni ekran əsərində baş rolu canlandıracaq.
Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, filmin çəkilişləri 2025-ci ildə başlayacaq.
Snup Doq deyib ki, o, Bessonun "Sonuncu insan" adlanan yeni elmi-fantastik layihəsinin çəkilişlərində iştirak edəcək.
Reper təkcə baş rolu ifa etməyəcək, həm də filmin prodüseri olacaq.
Bu süjetin təfərrüatları indiyə qədər gizli saxlanılsa da, onun "Meymunlar planeti" filmi kimi klassik ekran əsərlərindən ilhamlanan post-apokaliptik bir hekayə olacağı gözlənilir. Bəzi ehtimallara görə, filmin ideyası Snup Doqun 2009-cu ildə çıxmış "Last Man Standing" mahnısı ilə də bağlı ola bilər.

Luk Besson
Filmin rejissoru kimi Luk Besson həm də ssenari müəllifidir. Yeni layihə "Beşinci element" ruhunda fantaziya və komediya janrının birləşməsindən əmələ gələn bir film vəd edir.
Filmin digər prodüseri məhşur rejissor Luk Bessonla birlikdə onun həyat yoldaşı Virciniya Besson-Sillanın rəhbərlik etdiyi "EuropaCorp" şirkəti olacaq. Snup Doqla kinoaktrisa Sara Ramaker isə əvvəlcədən razılaşdırıldığı kimi, bu yeni filmdə "Death Row Pictures" etiketi altında çəkiləcəklər.
Filmin istehsalına 2025-ci ildə başlanacağını rejissor Luk Besson da təsdiq edib.
Luk Besson Snup Doq haqqında deyib:
"Mən Snupun musiqisini onun ifasındakı "Who Am I" hitindən bəri sevirəm. Biz 20 il əvvəl tanış olmuşuq və həmişə yenidən birlikdə işləmək arzusunda idik. Nəhayət, ikimizi də ruhlandıran bir layihə tapıldı!".
Snup Doq da bu rejissoru yüksək qiymətləndirir, "Leon" filmi ekranlara çıxandan bəri bir rejissor kimi Luk Bessonun pərəstişkarı olduğunu bildirir. "Mən həmişə istəyirdim ki, Luk öz filmində mənim üçün bir rol düşünsün. İndi mənim arzum reallığa çevrilir", - deyən reper sevincini gizlətməyib.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Dekabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri