Məşhur rok qrupu Bakıya gələcək
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Alt-üst olmuşum", "Dünyanın ən gözəl qızı", "Ölümlə yaşam arasında" kimi mahnıları ilə məşhurlaşan Türkiyənin rok qrupu "Mavi Gri" Bakıya gələcək.
Kult.az xəbər verir ki, bu barədə iticket.az saytı məlumat yayıb.
Rok qrupunun sevənləri ilə görüşü martın 7-si məşhur restoranların birində baş tutacaq.
Biletin qiymətləri 25-60 manat aralığındadır.

