Məşhur rus sənətkar rusları təhqir etdi, Kiyevə pul göndərdi
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyada “Akvarium” rok qrupunun keçmiş lideri Boris Qrebenşikov Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya kömək etdiyini etiraf edib.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Məlumata görə, musiqiçi qərbli həmkarları ilə əməkdaşlıq edərək Kiyevdəki xəstəxanalardan birini maliyyələşdirib.
Bundan əlavə, Qrebenşikov ötən ilin dekabrında Ukraynaya dəstək üçün 100-dən çox lotun yer aldığı iki həftəlik hərracda da iştirak edib.
Həmçinin o, rusları “ruhi xəstə faşistlər” adlandırıb. Hazırda isə Londonda yaşayır.
Qeyd edək ki, 2023-cü ilin iyununda Rusiya Ədliyyə Nazirliyi Boris Qrebenşikovu xarici agentlərin reyestrinə əlavə edib.
Agentlik bunu musiqiçinin konsertlərdən əldə olunan gəliri Ukraynaya yardım kimi göndərməsi və hərbi əməliyyatlara qarşı çıxış etməsi, xarici mənbələrdən dəstək alması ilə əsaslandırıb.
Baxış sayı:86
Bu xəbər 15 Fevral 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















