Icma.az
close
up
RU
Məşhur rusiyalı publisist “terrorçu“ statusu alıb

Məşhur rusiyalı publisist “terrorçu“ statusu alıb

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bu müharibə necə bitəcəyindən asılı olmayaraq Rusiya prezidenti Putin rejiminin boynunu qıracaq..."

Rusiya Federal Maliyyə Monitorinq Xidməti ("Rosfinmonitorinq") tanınmış rusiyalı jurnalist Aleksandr Nevzorovu və onun həyat yoldaşı Lidiya Nevzorovanı terrorçular və ekstremistlər siyahısına daxil edib.

Moderator.az xəbər verir ki, bu barədə "moscowtimes.ru" nəşri məlumat yayıb.

Qanunvericiliyə əsasən, onların bank hesabları dondurulacaq və Rusiyada daşınmaz əmlakla bağlı əməliyyatları qadağan ediləcək. Bununla belə, bu qadağaların artıq mənası yoxdur: 2024-cü ilin iyulunda Sankt-Peterburqun Oktyabr Məhkəməsi cütlüyü "ekstremist birlik" elan edərək, onların bütün əmlakını dövlətin xeyrinə müsadirə edib.

Bundan başqa, 2024-cü ilin fevralında jurnalistin həyat yoldaşının anası, Leninqrad blokadasının şahidi Natalya Kolesnikovanın Sankt-Peterburqdakı mənzili də müsadirə olunub.

Aleksandr Nevzorov 2022-ci ilin aprelində "xarici agentlər" siyahısına salınıb. 2023-cü ilin fevralında Moskvanın Basman Məhkəməsi onu Rusiya ordusu haqqında "saxta məlumatlar yaymaq" ittihamı ilə qiyabi olaraq səkkiz il həbs cəzasına məhkum edib. Rusiya Daxili İşlər Nazirliyi Nevzorovu axtarışa verib.

2024-cü ilin aprelində jurnalistə qarşı yeni cinayət işi açılıb, bu dəfə o, "xarici agent" kimi öz öhdəliklərini yerinə yetirməkdən yayınmaqda ittiham olunur. Nevzorov bu təqibləri "arzulana biləcək ən yüksək orden" adlandırıb və rusiyalı hüquq-mühafizə orqanlarına ona qarşı təzyiqlər əvəzinə öz ağıllarını axtarmağı məsləhət görüb.

O, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra açıq şəkildə Kremlin siyasətini tənqid edib və Mariupoldakı doğum evinin bombalanması ilə bağlı paylaşımlarına görə səkkiz il qiyabi həbs cəzası alıb. 2022-ci ilin martında Nevzorov bəyan edib ki, bu müharibə necə nəticələnməsindən asılı olmayaraq, Rusiya prezidenti Vladimir Putin rejiminin "boynunu qıracaq".

"Bu, hətta Pir qələbəsi də deyil. Bu, istənilən halda məğlubiyyətdir. Öz ölkəsini tamamilə viran qoymaq, bütün dünya tərəfindən lənətlənmək və bu lənəti gələcək nəsillərə ötürmək bahasına qazandığın qələbə heç kimə lazım deyil. Bu, avtomatik olaraq məğlubiyyətdir", - jurnalist bildirib.

Aleksandr və Lidiya Nevzorovlar Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ölkəni tərk edib. 2022-ci ilin yayında Ukrayna vətəndaşlığı alıb Müvafiq fərmanı prezident Vladimir Zelenski imzalayıb. Ukrayna Daxili İşlər Nazirliyi onların "ölkə qarşısında xüsusi xidmətlərinə görə" vətəndaşlıq aldığını açıqlayıb.

Nevzorov hələlik "terrorçular" siyahısına salınmasına münasibət bildirməyib. Hazırda bu reyestrdə 16 mindən çox insan var. Onların arasında Kremlin siyasətinə açıq şəkildə qarşı çıxan onlarla tanınmış şəxs də yer alın. Məsələn, ötən ilin fevralında Rusiya hakimiyyəti tərəfindən öldürülmüş siyasətçi Aleksey Navalnı hələ də siyahıda qalır. Onun həyat yoldaşı Yuliya Navalnaya da bu reyestrə daxildir.

Bundan əlavə, Rusiyanın "terrorçu" hesab etdiyi şəxslər arasında yazıçı Boris Akunin, teleaparıcı Tatyana Lazareva, qalereya sahibi Marat Gelman, şahmatçı Harri Kasparov, rejissor Yevgeniya Berkoviç, aktyorlar Artur Smolyaninov və Aleksey Panin, ukraynalı jurnalistlər Dmitri Qordon və Yevgeni Kiselev, amerikalı senator Lindsi Qrem və Vladimir Putinin həm xarici, həm də daxili təcavüzkar siyasətinə qarşı çıxan digər şəxslər var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Mart 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri