Məşhur Sehrlənmiş Ella filmi yenidən ekranlaşdırılır
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
2004-cü ildə ekranlara çıxan və fantastika həvəskarlarının sevimlisinə çevrilən "Ella Enchanted" filmi yeni formatda yayımlanaq.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Disney+ Geyl Karson Levinin eyniadlı romanı əsasında serial hazırlamağa başlayıb. Serialın mərkəzində yenə də 16 yaşlı Ella dayanacaq. O, doğulduğu gündən üzərinə düşən sehrli lənət səbəbindən başqalarının bütün əmrlərinə tabe olmağa məcburdur. Anasının vaxtsız ölümündən sonra Ella qapalı internat məktəbinə göndərilir və həyatında tamamilə başqa mərhələ başlayır.
Əgər film daha çox romantik nağıl təsiri bağışlayırdısa, yeni layihədə qəhrəmanın daxili mübarizəsi və internat məktəbində yaşadıqları ön plana çıxacaq. Ella burada lənətin sirrini açmağa, ondan xilas olmağın yolunu tapmağa çalışacaq. O, eyni zamanda yeni dostlar qazanacaq, özünə ailə qədər yaxın insanlar tapacaq və krallığın şahzadəsinə qarşı hiss etdiyi ilk sevgini yaşamağa başlayacaq.
Layihəyə Hollivudun tanınmış simaları cəlb olunub. Orijinal filmdə Ella rolunu canlandıran Enn Heteuey bu dəfə ekran qarşısında deyil, icraçı prodüser kimi layihədə yer alacaq. Ssenarini "Səndən başqa hər kəs" filmi ilə tanınan İlana Volpert yazacaq. Layihənin şouranneri isə "Ölülərdən ibarət detektivlər" serialının yaradıcılarından olan Bet Şvarts olacaq.
Serialın istehsalı "Miramax Television" və "Paramount Television Studios" tərəfindən həyata keçiriləcək. İcraçı prodüserlər sırasında Conatan Rays və Adam Şulman da yer alacaq. Layihəyə "Netflix"in "Mənim Uolter oğlanları ilə həyatım" serialı ilə tanınan "iGen Studios" da qoşulub. Layihənin atmosferinin məşhur "Wednesday" serialını xatırladacağı bildirilir.
"Sehrlənmiş Ella"nın Disney+ platformasında hazırlanması təsadüfi deyil. Filmin istehsalçısı "Miramax" olsa da, ekran əsəri çəkilən dövrdə şirkət "The Walt Disney Company"yə məxsus idi. Bundan başqa, filmin ABŞ-dan kənardakı yayımı da Disney-in digər şirkəti "Buena Vista International" tərəfindən həyata keçirilmişdi. Buna görə də yeni serial bu məşhur hekayəni daha müasir və dramatik üslubda tamaşaçılara təqdim edəcək.
Hazırda layihə ilkin hazırlıq mərhələsindədir. Serialın yayımlanacağı tarix isə hələ açıqlanmayıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 09 İyul 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















