Icma.az
close
up
RU
Məşhur serialın aktrisası itkin düşdü Oktyabrın 30dan yoxa çıxıb

Məşhur serialın aktrisası itkin düşdü Oktyabrın 30dan yoxa çıxıb

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gossip Girl” serialında Savyer Bennet obrazını canlandıran məşhur aktrisa Şanel Maya Banks 30 oktyabrdan bəri itkin düşüb. 

News24.az xəbər verir ki, Los-Anceles polis idarəsi Banksin itkin düşdüyü barədəki məlumatları təsdiqləyib və ailəsi gənc aktrisanın tapılması üçün ictimaiyyətdən dəstək istəyib. Lakin bəzi şəxslərin Banksin şəxsiyyət vəsiqəsindən istifadə etməsi vəziyyəti daha da mürəkkəbləşdirib.

Ailəsi Şanelin sonuncu dəfə 30 oktyabr tarixində Los-Ancelesdə görüldüyünü bildirib və həmin vaxtdan sonra ondan heç bir xəbər alınmadığını qeyd edib. Bu müddət ərzində yaşanan qeyri-müəyyənlik ailənin narahatlığını artırıb.

Polis qeyd edib ki, Banksin evini dəfələrlə yoxlayıb və araşdırmalarını davam etdirir, amma hələ də heç bir iz tapmayıblar. 

Şanel Maya Banksin qohumu Danielle-Tori Sinq sosial şəbəkə platformasında açıqlama verərək, ictimaiyyətə müraciət edib və aktrisanın hələ də itkin olduğunu bildirib. Danielle-Tori Sinq bəzi şəxslərin Şanelin tapıldığını iddia etdiyini, amma tapılan şəxsin Banksin müddəti bitmiş bir Nyu-York şəxsiyyət vəsiqəsini istifadə edən başqa biri olduğunu açıqlayıb. Sinq ailənin narahatlığını paylaşaraq insanların Şaneli tapmaq üçün axtarışları dayandırmamalarını xahiş edib.

Banksin ailəsi, gənc aktrisanın təxminən bir il əvvəl evlənərək həyat yoldaşı ilə sadə bir həyat qurduğunu və keçən noyabrdan etibarən aktyorluqdan uzaqlaşaraq yazıçılığa başladığını açıqlayıb. 

Şanel Maya Banksin anası sosial mediada etdiyi paylaşımda, pərəstişkarlarından qızına dua etmələrini istəyib. Ailə üzvləri bu müddət ərzində dəstək istəyərək, polis tərəfindən veriləcək xəbərləri səbirsizliklə gözlədiklərini bildirib.

Şanelin itkin düşməsi ailəsi, dostları və pərəstişkarları arasında dərin narahatlıq yaradıb, səlahiyyətlilər isə araşdırmalara intensiv şəkildə davam edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Noyabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri