Icma.az
close
up
RU
Məşhur şirkət ağır cinayətdə ittiham olunur

Məşhur şirkət ağır cinayətdə ittiham olunur

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Belçika hökuməti ABŞ-nın dünya şöhrətli, həmçinin ən varlı korporasiyalarından birinə qarşı sərt qərar verib. Bu dövlətin hüquq-mühafizə orqanları qeyri-qanuni minerallara görə "Apple" şirkətinə qarşı cinayət təhqiqatına başlayıb
Reyting.az
"Financial Times" nəşrinə istinadla bildirir ki, rəsmi Brüsselin "Apple"-yə qarşı başlatdığı tədqiqat və ilkin mərhələdə cinayət işinin açılması xəbəri artıq öz təsdiqini tapıb.
Məlumata görə, Amerikanın tanınmış texnologiya nəhəngi Konqo Demokratik Respublikası ərazisində uzun müddətdir tamamilə qanunsuz fəaliyyət göstərən silahlı qruplardan "bilərəkdən" "qan mineralları" almaqda ittiham olunur.
2024-cü ilin dekabrında Konqo ilk dəfə hərəkətə keçib Belçikada, həmçinin Fransada sərbəst şəraitdə, eləcə də vergi ödəyiciləri kimi fəaliyyətdə olan "Apple" törəmə şirkətlərinə qarşı qalmaqallı belə bir ittiham motivli iddia qaldırıb.
Bildirilir ki, Afrika ölkəsinin hakimiyyət orqanları çox ciddi faktlar təqdim etməklə, Amerikanın nəhəng şirkətini silahlı qruplaşmalarla işbirliyinə getməkdə təqsirli sayır. Konqonu təmsil edən rəsmilərin sözlərinə görə, ABŞ şirkəti beynəlxalq qanunlara və bütün dünyada qəbul olunan normalara tamamilə əhəmiyyət verməyib, gizli şəkildə, Konqo Demokratik Respublikasının ərazisindən qeyri-qanuni hasil edilən minerallardan istifadə edib.
Belçikalı prokurorlar hətta artıq istintaqa nəzarət etmək üçün müstəntiq hakimi də təyin ediblər. Bu isə o deməkdir ki, onlar səlahiyyətli şəxslər kimi həbsə orderlərin verilməsi, tədqiqatlarda adı keçən hər bir şübhəlinin telefonunun dinlənilməsinə və reydlərin keçirilməsinə cavabdehdirlər.
İddiada qeyd olunur ki, Amerika nəhəngi "Apple" şirkəti "iPhone"-ların istehsalına yardım üçün bütün dünya ehtiyatlarının yarıdan çoxunun Konqoda olduğu çox az tapılan tantalı alıb. Üstəlik, "Apple" ilə silahlılar arasında qurulan bu qeyri-qanuni ticarətdən əldə edilən bütün gəlirlər Konqonun şərqində döyüşlərdə iştirak edənlərə dəstək üçün yönləndirilib.
Nəşr yazır ki, həmin silahlı qruplara xərclənən pullar onların nəzarətindəki istehsalçılardan əldə edilən gəlirlərdir. "Apple" ilə ticarət sayəsində Amerika şirkəti Konqodakı silahlı qruplardan xeyli qalay, volfram və qızıl alıb. İddiaçılar bu qanunsuz ticarətin hətta indi də davam etdiyini bildirirlər.
"Apple" şirkəti konqolu milislərdən qanun xaricində tantal və digər mineral almasını ilə bağlı ittihamları inadla rədd edir. "Apple" istifadə etdiyi mineralların Ruanda ərazisində yerləşən mədənlərdən, eləcə də münaqişələrdən təsirlənməyən bölgələrdən əldə etdiyini bildirib. Lakin ittiham tərəfi şirkətin bəyanatını doğru saymır və iddia edir ki, "Apple", həm də digər nəhənglər üçün sertifikatlaşdırma prosesi çox ciddi şəkildə qüsurlu sənədləşdirilib.
"Apple" şirkətinin Afrika ölkəsində böyük cinayət əməllərinə yol verdiyini, eləcə də bilərəkdən yerli qanunsuz silahlı qrupla əlbir işlədiyini bəyan edən ittihamçıların fikrincə, Ruandadan gəldiyi iddia olunan minerallar əslində Konqo mədənlərində hasil edilir.
Böyük bir hüquq firmasının rəhbəri kimi Konqo Demokratik Respublikasını təmsil edən Robert Amsterdam deyib ki, Yer üzündə elə bir texnologiya şirkəti yoxdur ki, Ruandanın ərazisindən aldığı məhsulun 90 faizinin Konqoya aid olduğunu bilməsin.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Yanvar 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri