Məşhur şirkət Trampa görə fəaliyyətini dayandırır
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İrlandiyanın ən böyük müstəqil pivə və viski istehsalçılarından biri olan "Killarney Brewing & Distilling Co" ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından idxal olunan mallara tətbiq etdiyi gömrük rüsumlarından sonra fəaliyyətini dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Şirkət 10 il əvvəl Kerri qraflığında kiçik bir barla fəaliyyətə başlayıb, ötən il isə qarışıq viski istehsalına start verib. Son dövrlərdə Killarney artan xərclər və təchizat zəncirindəki fasilələrlə mübarizə aparırdı.
“Donald Trampın qlobal ticarət müharibəsi "Killarney"nin sonunu sürətləndirdi”, - deyə məqalədə qeyd olunur.
Şirkətin məlumatına görə, illik istehsal həcmi 1 milyon litr təmiz spirt və ya 250 min qutu viski təşkil edirdi. Nəşr yazır ki, "Killarney"nin bağlanması, bütövlükdə sənaye sahəsindəki genişmiqyaslı problemlərin göstəricisidir.
Baxış sayı:56
Bu xəbər 08 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















